Macar nazir Ukrayna taxılına gömrük rüsumlarının bərpasını təklif etdi

Macar nazir Ukrayna taxılına gömrük rüsumlarının bərpasını təklif etdi
 

Macarıstan taxılın həqiqətən təyinat ölkələrinə çatmasına və Mərkəzi Avropa bazarlarında qalmamasına əmin olmaq üçün öz ərazisindən tranzit keçən Ukrayna taxılına nəzarəti gücləndirmək qərarına gəlib.

Paralel.az xəbər verir ki, bu barədə Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nad Ukrayna taxılına gömrük rüsumlarının və kəmiyyət məhdudiyyətlərinin Avropa İttifaqında bərpasını təklif edərək bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri qeyd edib ki, bu tədbirlər Ukraynanın kənd təsərrüfatı məhsullarının yerli bazarlara dempinq qiymətləri ilə tədarükü nəticəsində zərər çəkən avropalı fermerlərin maraqlarını qorumaq üçün zəruridir.

0.013138055801392