Darçının faydaları haqqında

Darçının faydaları haqqında
 


Çin təbabətində ənənəvi bir dərman olaraq istifadə edilən darçının həzm və mədə problemlərinə faydası olduğu bilinir. Bir çox xəstəlik üçün faydalı olan bu qida mütləq istehlak edilməlidir. Bəs Darçının faydaları nədir? 

Darçın şəkərli diabetdən ağrı və acıları azaltmağa qədər bir çox ümumi problemlə mübarizə aparmağa kömək edir. Bütün bu faydaları ilə darçın qədim dövrlərdə qızıldan daha qiymətli idi.

Darçının ən çox bilinən 12 faydası
Darçın diabetin müalicəsində kömək olur. Darçının qan təzyiqini aşağı saldığı, qan şəkərini və insulinə müqavimətini azaltdığı araşdırmalarla sübut olunmuşdur.
Maddələr mübadiləsini tənzimləyən təsiri sayəsində obezliyə qarşı mübarizədə kömək edir.
Pis xolesterol olaraq bilinən LDL xolesterol səviyyəsini azaldır və yaxşı xolesterol olan HDL xolesterolunu artırır.
Göbələk, bakteriya və virusların səbəb olduğu xəstəliklərlə mübarizədə bədən müqavimətini artıran darçın, orta əsrlərdə dərman olaraq istifadə edilmişdir.
Antimikrobiyal xüsusiyyəti sayəsində bədənin HİV ilə mübarizəsinə kömək edir.
Kandida göbələyinin müalicəsində son dərəcə faydalıdır.
Alzheimer və Parkinson xəstəliklərinin simptomlarının müalicəsində rol oynayır.
Darçın antikarsinogen xüsusiyyətlərə malikdir.
Darçın antiinflamatuar xüsusiyyətləri ilə immunitet sistemini gücləndirir. Ağrıların müalicəsində istifadə olunur.
İnsulin müqavimətini azaldan darçın bu xüsusiyyəti ilə polikistik yumurtalıq sindromunun müalicəsində rol oynayır
Araşdırmalar darçının bir çox antioksidan faydasına sahib olduğunu göstərir. Tərkibindəki yüksək miqdarda antioksidan sayəsində xərçəng  və digər xəstəliklər riskini azaldır.
Göz xəstəliklərinin müalicəsində köməkçi olan darçın, quru gözlər üçün də faydalıdır.
Darçını necə istifadə eləmək olar?
Darçın çubuğunu isti su ilə qaynadaraq istifadə edə bilərsiniz. Toz darçını isə bir çox meyvə və içkilərə dadlandırıcı olaraq  əlavə edə bilərsiniz.
Darçının mümkün yan təsirləri nələrdir?
Hər şeyin çoxunun zərərli olduğu kimi darçının da gündə 2,5 çay qaşığından çox istifadəsi zərərlidir.
Qaraciyərə zərərli olduğu kimi, xərçəngə də səbəb ola bilər.
Ağızda yaralara səbəb ola bilər.
Qan şəkərinin tənzimlənməsi bir fayda olaraq görülsə də, həddindən artıq istifadəsi qan şəkərinin düşməsinə səbəb ola bilər.
Hər hansı bir dərman istifadə edirsinizsə, həkiminizlə məsləhətləşmədən darçın istehlak etməməyiniz tövsiyə olunur.
Paralel.az
0.12038111686707