Arılarda mozaik görmə var - Sadiq Qarayev

Arılarda mozaik görmə var - Sadiq Qarayev
 

Arılarda mozaik görmə var. Göz çoxlu sayda xırda gözüçüklərdən ibarətdir. Onların hərəsi məsələn çiçəyin bir hissəsini görür, birləşəndə ümimi çiçək görünür.
Bizim cəmiyyətdə elə bil o gözücüyün bir- ikisi var, qalanına qara su gəlib.
Ancaq Bakını və Şuşanı görürürük. Hamı Bakıda yaşamaq istəyir, Şuşaya getmək istəyir.
Niyə Zəngilana, Kəlbəcərə Murova getmək istəmirik? Şuşayla Kürdəmirin, Şərurun nə fərqi var? Əgər desəniz ki, Şuşanı azad edəndə qəhrəmanlıq etmişik, şəhid vermişik, bəs Murovda, Füzulidə və digər azad etdiyimiz yerlərdə verməmişik? Deməyim odur ki, Şuşa da bizə əzizdir, Azərbaycanın hər bir bölgəsi , səhrası, meşəsi, dağı, dərəsi kimi..
Şəhidlərə şeir , yazı yazırıq, baş, sinə daşlarıyla şəkil çəkdiririk, övladlarına , ailələrinə təsəlli veririk. ALLAH hər birinə rəhmət eyləsin, müqəddəs and yerlərimizdir.
Ancaq qazilərimizi görmürürk. Bir uşaq, yeniyetmə qızın , oğulun arzularından , qoca ananın ağ saçlarından, gəlinin cavankən bükülmüş belindən, atanın çökmüş gözlərindən baxıb , ayağını, qolunu itirmiş qazini görə bilmirik.
Biz heç öz vicdan gözümüzlə də yaxşı görmürük, harda qala kasıbın çörək tabağından baxıb, dünyanı görək.
Dünyanın vicdanı kasıbın qazanında qaynayır. Biz onu görmürük, varlının qazanındakı ətə sarı kök atırıq...
Dövlət zəfər yolu çəkir, görmürük, Bakıdakı yolda " yamağı" görürük. Füzuli , Zəngilan hava limanlarını görmürük, Bakıdakı hava limanında vayfay işləməyəndə görürük.
Çörək 5 qəpik qalxır görürük, 3 m- ıq yağ 9 m olur görmürük.
Öz maddi vəziyyətimizi görürük, vətənimizi 3-4 yandan sarımış təsbehbaş, eynəkbaş, donuzbaş düşmənləri görmürük.
Elmi iclasları görürük, ancaq elmimizi "ağlayan xanımları", moizə deyən "mollaları", "çay paylayan" bir- iki gənci, çoxlu çay içən "ağsaqqallar"- yəni elmin yas məclisini görmürük...
Bir sözlə, obyekti tam görmürük, elə bil insanın başını, qolunu görürük, qalan hissələrini yox.
Onu da uzaqdan yox, lap yaxına gələndə görürük.
Bizim gözümüz də belə qəribədi.
Bəlkə də biz aydın səs kimi yox, küy kimi görürürk. Ola bilsin qulağımızla gözümüzün yeri dəyişib.
Arılar qədər də yoxuq ki, çiçəyimizi-vətənimizi, xalqımızı və dövlətimizi bütöv görək.

"Paralel.az"

0.026305913925171