Zakir Fərəcov işdən azad edilir - Maliyyə fırıldağına görə

Zakir Fərəcov işdən azad edilir - Maliyyə fırıldağına görə
 

Bir neçə gün öncə Sumqayıt şəhər stadionu ilə bağlı yazı təqdim etmişdik. Arenada yenidənqurma işləri ötən ilin dekabrında başa çatsa da, hələ də istifadəyə verilməyib. Yoxlamalar zamanı məlum olub ki, stadionda kifayət qədər ciddi problemlər var.

Layihədə nəzərdə tutulan bir çox detallar icra edilməyib ki, bu da maxinasiyaların olması anlamına gəlir. Bu səbəbdən Sumqayıt kimi şəhərin stadionu azarkeşlərin və eyniadlı klubun istifadəsinə verilmir.

Paralel.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə yeni məlumat əldə edib. Bildirilir ki, yaxın vaxtlarda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov işdən azad ediləcək. Stadionun açılışı da yeni başçının təyinatından sonra reallaşacaq.
Qeyd edək ki, Sumqayıt şəhər stadionu Prezident İlham Əliyevin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə yenidən qurulub. Arenanın tikintisinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.

Zakir Fərəcovun fəaliyyətindən məlumatı olan yaxın mənbə bildirib ki, Sumqayıtda çox böyük problemlər var və bu problemlərin hamısı icra başçısının yol verdiyi ciddi nöqsanlarlarla bağlıdır.

Akif

0.19295597076416