Lavrov: “Rusiya ümid edir ki, heç kim Ermənistan-Azərbaycan normallaşma prosesinə mane olmayacaq”

Lavrov: “Rusiya ümid edir ki, heç kim Ermənistan-Azərbaycan normallaşma prosesinə mane olmayacaq”
 

“Rusiya qeyri-regional oyunçuların Cənubi Qafqazda nizamlanmaya mane olmayacağına ümid edir”

Paralel.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Ümid edirik ki, qeyri-regional ölkələrdən olan həmkarlarımızdan bəziləri bu proseslərə (Cənubi Qafqazda nizamlamaya - red.) mane olmayacaq, tərəfləri Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli formatında əldə edilmiş razılaşmaların ciddi şəkildə yerinə yetirilməsinə istiqamətləndirəcəklər”, - deyə o, bildirib.

Xatırladaq ki, Rusiya XİN rəhbəri türkiyəli həmkarının dəvəti ilə aprelin 6-da Ankaraya yollanıb. Aprelin 7-də nazirlər görüşüblər. Görüş zamanı enerji məsələləri, Ukrayna ətrafındakı vəziyyət, “Taxıl sazişi”nin həyata keçirilməsi, eləcə də Qarabağda vəziyyətin normallaşdırılması, Dəməşq və Ankara arasında dialoq kimi mövzular ətrafında müzakirələrin aparılıb.

0.01639199256897