Ər hamilə həyat yoldaşını yanardağdan itələyərək öldürdü

Ər hamilə həyat yoldaşını yanardağdan itələyərək öldürdü
 

Şotlandiyada ər hamilə həyat yoldaşını yanardağdan itələyərək öldürüb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, 29 yaşlı Kaşif Ənvər həyat yoldaşı 31 yaşlı Favziyah Cavedi Edinburqdakı qədim “Artur Seat” vulkanından aşağı itələyib.

Kaşif Ənvər həyat yoldaşının ona ilişərək yıxıldığını iddia edib. Hadisə 2021-ci ilin sentyabrında gəzinti zamanı baş verib.

Edinburq Ali Məhkəməsində bir həftə davam edən məhkəmə prosesindən sonra münsiflər heyəti həmin şəxsin müdafiəsini qəbul etməyib.

Məlum olub ki, Caved yıxıldıqdan dərhal sonra ölməyib və insanlara ərinin onu itələdiyini deyə bilib.
Məhkəmə əri ömürlük azadlıqdan məhrum edib.

Fidan

 

0.024204969406128