O da "Space TV"dən gedir

O da
 

Aparıcı Zamirə Dadaşova illərdir çalışdığı "Space TV"dən gedir.

"Paralel.az" xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Aparıcı sözügedən kanalda yayımlanan və müəllifi olduğu "Açıq söhbət" verilişinin bağlandığını bildirib:

"Birinci gün "Space TV"dən ayrılmağı düşünürəm. İlk iş yerim AzTV - 10 il, ikinci iş yerim "Space TV" - 17 il olub. Heç iş yeri dəyişdirməyi sevməmişəm. Maaş verə bilmədikləri zamanda belə başqa yerlərdən təkliflər gəlsə də ayrıla bilməmişəm. Düzələr deyib, davam etmişəm. Çox qəribə hisslər keçirirəm. Bilmirəm sevinim, yoxsa üzülüm. Yeganə üzüldüyüm məqam məncə müəllifi olduğum "Açıq söhbət" verilişinin bağlanmasıdır. Hər halda tamaşaçılar, ziyalılar tərəfindən sevilən veriliş idi".

Qeyd edək ki, Turan İbrahimov da bu telekanaldan ən son ayrılan məşhur teleaparıcılardan biridir.

0.035194158554077