"Azəriqaz" İB rəhbərliyinin Lənkəran, Astara və Lerik sakinləri ilə görüşü olacaq
SOCAR “Azəriqaz” İB rəhbərliyinin Lənkəran şəhərində vətəndaş qəbulu keçiriləcək.
"Paralel.az" xəbər verir ki, 10 aprel saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Lənkəran, Astara və Lerik sakinlərinin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə (tel:(051)792 79 95 ; 025 (25) 4-43-66) müraciət edə bilərlər.