Müdafiə nazirləri “F-16” tədarükünü müzakirə etdi

Müdafiə nazirləri “F-16” tədarükünü müzakirə etdi
 

Türkiyənin müdafiə naziri Hulusi Akar və amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.

Paralel.az ” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər NATO, ikitərəfli və regional müdafiə və təhlükəsizlik mövzularını müzakirə ediblər. Eyni zamanda görüşdə “F-16” tədarükü və onun modernizasiyası layihəsinin sürətli və müsbət nəticələnməsinin önəmi qeyd edilib.

Fevralın 6-dakı zəlzələdən sonra ABŞ-yə, verdiyi dəstəyə və həmrəyliyə görə təşəkkür edən türkiyəli nazir ölkəsinin NATO-nun açıq qapı siyasətini hər zaman dəstəklədiyini, Finlandiyanın üzvlüyünün bunu bir daha göstərdiyini, İsveçin də ən qısa zamanda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid etdiyini vurğulayıb.

 

0.024209976196289