Bu yolda sürət həddi 60 km/saat-a endirildi

Bu yolda sürət həddi 60 km/saat-a endirildi
 

Bakı-Şamaxı yolunun paytaxtın inzibati ərazisinə düşən hissəsində yol nişanları quraşdırılaraq maksimum sürət həddi 70 km/saatdan 60 km/saat-a endirilib.

"Paralel.az" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

"Bu dəyişiklik yol hərəkəti təhlükəsizliyi səviyyəsini qaldırmaqla bərabər, sürücülərdə çaşqınlıq yaranmamasına və lüzumsuz cərimələrdən yayınmalarına səbəb olacaq. Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik", - deyə agentlik bəyan edib.

0.012733936309814