İran və Səudiyyə bir sıra razılıq əldə ediblər

İran və Səudiyyə bir sıra razılıq əldə ediblər
 

İran və Səudiyyə Ərəbistanı səfirlik və konsulluqların açılması ilə bağlı əvvəlki razılaşmalarını təsdiqləyib. 

“Paralel.az” xəbər verir ki, bu barədə İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Feysəl bin Fərhan Əl Səud Pekində keçirilən danışıqların yekunlarına dair birgə bəyanatında deyilir.

İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında cümə axşamı yayımlanan sənəddə deyilir: “Tərəflər razılaşdırılmış müddət ərzində iki ölkənin səfirliklərini yenidən açmaq və Ər-Riyad və Tehranda səfirliklərin, Ciddə və Məşhəddə konsulluqların açılması üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəliblər”.

Səudiyyə Ərəbistanının xarici işlər naziri iranlı həmkarını Ər-Riyadda danışıqlar aparmağa dəvət edib.

İran və Səudiyyə Ərəbistanı uçuşları bərpa etmək niyyətindədir.

İllərdir kəsilən münasibətlərdən sonra Tehran və Ər-Riyad ötən ay Çinin vasitəçiliyi ilə əldə edilmiş böyük razılaşma ilə diplomatik fikir ayrılıqlarına son qoymağa və səfirliklərini yenidən açmağa razılaşıblar.

Tərəflər səfirlik və nümayəndəliklərin iki ay ərzində açılması barədə razılıq əldə ediblər. 

0.036420822143555