Məhkəmə Təranə Səmədovanın hamilə olduğunu nəzərə alb...

Məhkəmə Təranə Səmədovanın hamilə olduğunu nəzərə alb...
 

Tanınmış prodüser Təranə Səmədovanın və həyat yoldaşı Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

İş üzrə hazırlıq iclası aprelin 18-də saat 16:45-ə təyin edilib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Təranə Səmədovanın əri Rasim Həsənov hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb. İstintaqın gedişatı zamanı prodüserin də cinayət işi üzrə əməlləri ortaya çıxıb və istintaqa cəlb olunub. Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə Təranə Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.

0.014456033706665