Bank icra məmurunun göstərişi ilə Qarabağ qazisinin pensiyasını kəsə bilər?

Bank icra məmurunun göstərişi ilə Qarabağ qazisinin pensiyasını kəsə bilər?
 

Yataq xəstəsi Qarabağ əlilini icra məmurları verilməyən qərarla pensiyadan məhrum etməklə hədələyirlər

Bank icra məmurunun göstərişi ilə Qarabağ qazisinin pensiyasını kəsə bilər?

Qarabağ qazisi Koroğlu Cəfərov illərdir doğma Vətəni müdafiə edərkən aldığı xəsarətlərdən yatağa məhkum edilib. Son bir ildə isə Ədliyyə Nazirliyinin icra məmurları “sms”lərlə qazini məhkum etmək yolunu tutub, intihar həddinə çatdırıblar. Naməlum nömrələrdən qazinin telefonuna “icra işi üzrə” şöbəyə gəlmək tapşırılır, polislə gətiriləcəyi xəbərdarlığı edilir. Bir ildir aldığı yaralardan yataqdan qalxa bilməyən qazi, barəsində olan qərarın verilməsini tələb edir, hələ də qanuni tələbinə əməl edilmir. Vətəndaş bilmir ki,kimin qərarı ilə, kimə borclu edilib, niyə barəsində qərar qəbul ediləndə ona deməyiblər, niyə dövlət hesabına vəkillə təmin etməyiblər niyə qərar hələ də verilmir , qərardan şikayət vermək hüququna niyə qadağa qoyulub. Ancaq hədə - qorxu gəlinir,  “ultimatum” verilir : gəlməsən, məcburi gətiriləcəksən, həbs olunacaqsan və s. və i. a. Yəni ənənəvi icra özbaşınalığı, zor dili.

Hətta yeni il qabağı Qarabağ əlilinin pensiya kartının icra məmurlarının sifarişi ilə boşaldılması məlum olub. DSMF-dən pensiyanın tam həcmdə köçürülməsini öyrənən savaş  əlili , “Kapitalbank”a müraciət edəndə, pensiyasının icra məmurunun göstərişi ilə icra şöbəsinin hesabına köçürüldüyü deyilib. Bəyəm bankın belə hüququ var ki, ona dövlətin Qarabağ əlilinə verməyə ayırdığı vəsaiti başqasına versin? Bank pensiya ödəyən dövlət qurumu ilə pensiyaçı arasında vasitəçi rolunu oynayır. Bankın nə ixtiyarı var dövlətin əlilə ayırdığı pula yiyəlik edib, sərəncam versin? ! Konkret şəxsin adına gələn pul onun bank kartına yox, başqasına ödənilməsi, yaxud verilməsinə qadağa qoyulması ciddi qanun pozuntusudur və inzibati, cinayət məsuliyyəti (də) yaradır. Şəxs müharibə əlili olduqda isə məsuliyyət daha da ağırlaşır. Deyə bilərsiniz ki, bəs konkret şəxsin adına gələn vəsaitlərə həbs qoyulması faktları var. Belə halların yalnız məhkəmə qərarı ilə baş verdiyini diqqətə çatdıraq. Həmin hallarda damüharibə əlilliyinə görə pensiya məbləğindən söhbət belə gedə bilməz və istənilən halda bankdakı vəsaitdən borc adına pul tutulması, həbs qoyulması yalnız və yalnız təqdimat əsasında məhkəmə qərarı ilə ola bilər. Beləliklə, Qarabağ qazisinin pensiyasından bankın hansısa icra məmurunun göstərişi ilə pul tutması qanuna ziddir. Buna əmanətə xəyanət deyilir.

Müharibə ilə,  xidmətlə bağlı məbləğlərdən borc adına vəsait tutulmasının yolverilməzliyini isə “İcra haqqında” qanunun 68.1.2 maddəsi doğrulayır :” TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”!

Vətənin müdafiəsindəki xidmət zamanı yaralanan, əlil olan şəxslərin pensiyasını,  müavinətini, təqaüdünü hansısa icra məmuru hansısa bank, dövlət orqanı və s. vasitəsilə borc adına tələb edirsə, onda bu qanun niyə qəbul edilib?

“İcra haqqında” qanundan əlil-qazinin xəbəri olmaya bilər, qaz canının hayındadır, bəs icra məmurlarının özlərinin masaüstü qanunlarından niyə xəbərləri yoxdur? Banklar, sosial təminat orqanları bilmir ki, onlar dövlətin pensiyasını pensiyaçıya çatdırmaq funksiyasını yerinə yetirirlər? Niyə qazilərin qanpulusu borc adına yeyilməlidir?

Biz icra məmurlarının adını çəkmədik. Hələlik. Özbaşınalığa, qanunsuzluğa son qoyulmasa, etiraz tədbirlərinə start veriləcək. Qarabağ qazisi K. Cəfərovu icra məmurlarının özbaşınalığı səbəbindən əl atmaq istədiyi intihardan daşındırmağın başqa yolu var?

Qarabağ qaziləri :

Məmməd Əliyev, Xaliq Abbaszadə,Rövşən Soltanoğlu, Güloğlan Süleymanov, Eldar Rəsulov, Müşfiq İsmayılov, Faiq Qurbanov...

"Paralel.az"

 

0.076118946075439