Tramp özünü təqsirli bilmir - MƏHKƏMƏ

Tramp özünü təqsirli bilmir - MƏHKƏMƏ
 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Manhetten məhkəməsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Paralel.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İttihamların irəli sürülməsi qapalı formatda keçirilir, zalda çəkiliş qadağandır. Trampın 30-dan çox maliyyə fırıldaqçılığı ilə ittiham ediləcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs olunub. Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Trampın yarım saat ərzində məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.

Daha əvvəl “Yahoo News” portalı prokurorluqdakı mənbələrə istinadən məlumat yayıb ki, Trampa qarşı qaldırılacaq 34 bəndlik ittihamların hər biri 4 ilədək həbs cəzası ehtimalını ehtiva edir.

0.01612401008606