ALLAHA DUA - Şahlar Hacıyev

ALLAHA DUA - Şahlar Hacıyev
 

Günümü başladım ibadət ilə,
İlahi , hifz elə məhəbbətimi.!
Günahkar bəndənəm,inayət elə
İlahi, hifz elə məhəbbətimi!

Dünya qovrulanda dərd əzab üçün,
Ürək səngər olur buna tab üçün.
Yüz əyri suala düz cavab üçün,
İlahi , hifz elə məhəbbətimi !

Nə bəxtdən ömrümə müjdələr qalıb,
Nə qaynar gənclikdən bir əsər qalıb.
Tək ürək sevməyə təzə- tər qalıb .
İlahi, hifz elə məhəbbətimi !

Ümidim qəvvasdır eşq ümmanında,
Sevdası mirvari olur canımda.
Ölərəm, dönmərəm din-imanımdan,
İlahi, hifz elə məhəbbətimi !

Silib varlığımdan rəngi, boyağı,
Bir ömür yaşadım rahib sayağı.
Haqqa qovuşmağa nəyim var axı,
İlahi, hifz elə məhəbbətimi !

Haçan ki, həmdəmim kədər- qəm olur,
Eşqim merac edir, möhtəşəm olur.
Sevgisiz bir anım cəhənnəm olur,
İlahi, hifz elə məhəbbətimi !

Aşiqə dövranı olarsa çətin,
Ruhi- rəvanına dönər xilqətin.
Ver özgə bəndinə varı dövləti,
İlahi, hifz elə məhəbbətimi!

"Paralel.az"

 

 

0.066544055938721