Vicdanın leş qoxdugu, sözün bitdiyi yer
Bakıda 3 saylı kimsəsizlər evinin 73 yaşlı qoca müdirəsi Məhbubə arvadın və işçilərinin qeyri insani rəftarlarını kiçik videoya çəkıib paylaşdıgı üçün artıq bu 16 yaşlı körpəni,Məhəmməd Hacıyevi ,Məhbubə arvad polisin əli ilə Maştagada dəlixanaya saldırıb.
Videodan görünür ki, uşaq haqsızlıga etiraz edə biləcək , onlara ayrılan ərzaqları siçovul kimi ogurlayıb daşıyanları dilə gətirəcək, çəkib paylaşa biləcək qədər saglamdır.
Yetimlərin agzının tikəsini ogurlayıb balasına yedirən alçaqlar, satdırıb övladlarına güzaran yaradan vicdanı iylənmişlər,
mənim tikəmi ogurlayıb yemə, satdırma deyən uşaq, dəlidirmi?
Vicdanlı insanlarımızı bu yetim uşagın həyatının məhv edilməsinə biganə qalmamaga çagırıram.
Onun haqqını müdafiə edəcək kimsəsi yoxdur.
Onu gerçəkdən də orada dəli edəcəklər.
Dəli olmayanı rüşvət müqabilində saxta dəli diaqnozu ilə ruhi xəstəxanaya qəbul etməklə gənc bir oglanın həyatının məhv edilməsinə şərik olan, Maşdagadakı 1 nömrəli ruhi xəstəxananın məsul işçiləri bu hadisəyə görə məhsuliyyətə cəlb olunmalıdır.
Paylaşmagınızı , ictimailəşdirməyinizi xahiş edirəm.
Afaq Fərzəlibəyova
"Paralel.az"