Azərbaycan idmançıları İrəvanda yarışa yollanacaq

Azərbaycan idmançıları İrəvanda yarışa yollanacaq
 

Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edəcəyi təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın “armenpress” nəşri məlumat yayıb.

Xəbəri isə beynəlxalq dərəcəli hakim Araik Alaverdyan təsdiq edib.

O bildirib ki, Ermənistan tərəfi Azərbaycan idmançılarının təhlükəsizliyi üçün təminat məktubu göndərib. Yarışa 5 idmançımız gedəcək.

0.020818948745728