Taksi sürücüsünü niyə DÖYÜBLƏR? – FOTO

Taksi sürücüsünü niyə DÖYÜBLƏR? – FOTO
 

Bakının Binəqədi rayonunda sahibkar sürücünü döydüyü üçün qəza baş verib.

Hadisə Mir Cəlal Paşayev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində baş verib.

Belə ki, Bayramov Tural “Toyota” markalı maşınla hərəkətdə olarkən kəsişmədə idarəetməni itirərək avtomobilini əvvəlcə “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpıb.

Daha sonra taksi fəaliyyəti ilə məşğul olan sürücü maşınını “Toyota Land Cruiser”ə çırpıb.

Qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib.

Sürücü T.Bayramov APA-ya bildirib ki, o sükan arxasında olarkən maşında olan üç sərnişin onu döyüb.

Onlardan biri taksi sahəsində sahibkar olub.

Sürücü iddia edib ki, sahibkar ondan min manat istəyib.

Elə mübahisə də burdan başlayıb.

Turalın iddiasına görə, qəza o döyülərkən baş verib.

Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Qəzanın dəqiq səbəbləri araşdırılır.

Sürücünün şikayəti üzrə 3 nəfər axtarılır. Apa. 

"Paralel.az"

0.016755819320679