3 addım atılmasına ehtiyac var - Rövşən Ağayev
Əgər istismar müddəti 10 ili ötmüş avtomobillərin ölkəyə qadağan olunması ətraf mühitlə əlaqələndirilirsə, paralel olaraq 3 addım atılmasına ehtiyac var:
1) Hazırda yalnız istismar müddəti 3 ili ötməyən elektromobillər bütün gömrük vergi və rüsumlarından azaddır. Halbuki beynəlxalq təcrübədə 5 ilə qədər avtomobillər "köhnə" hesab edilmir və 3 illik güzəşt dövrü 5 illə əvəzlənməlidir;
2) İstismar müddəti 3 ilədək olan hibrid avtomobillər 18%-lik ƏDV-dən azad edilsə də, 15%-lik idxal rüsumundan və mühərrik ölçüsünə görə aksiz vergisindən azad edilməyib. Ən azından yaxın 3 il üçün istismar müddəti 5 ilədək olan hibrid avtomobillər də tamamən gömrük vergi və rüsumlarından azad edilməlidir.
3) İstismar müddəti 5 ili ötməyən benzinlə işləyən kiçik mühərrikli (1600 kub/sm-dək) olan avtomobillər də yaxın 3 ildə bütün gömrük vergi və rüsumlarından azad edilə bilər.
Bu addımlar həm avtomobil parkının yenilənməsi, həm də "yaşıl enerji" keçidinin dəstəklənməsi baxımından vacib addımlardır.
Hələ onu demirəm ki, bir çox hökumətlər kimi elektromobil idxalının keçici dövr üçün subsidiyalaşdırılması da nəzərdən keçirilə bilər. Məsələn, belə bir hədəf qoyula bilər ki, 5 ildə ölkəyə ən azı 100 min elektromobil gətirilməsi dəstələnəcək və bu say üçün subsidiya dəstəyi veriləcək.
"Paralel.az"