Paşinyan yenə gündəmdə: bu dəfə...

Paşinyan yenə gündəmdə: bu dəfə...
 

Ermənistanın baş naziri Nikol Paşinyan ictimaiyyətin diqqətini cəlb etmək üçün ən müxtəlif piar taktikasına əl atır. Bunun o özünü hakim siyasi elitanın üzvü olmasına baxmayaraq cəmiyyətin digər sadə təbəqəsinin nümayəndəsi kimi təqdim etməyə çalışır. O, “hakim siyasi elitanın lideri olsam da, digərlərindən heç nə ilə fərqlənmirəm və sizin kimi sadə həyat sürürəm” mesajını verməyə çalışır. Paşinyan bu məqsədlə küçədə dolaşıb gah dondurma, kökə yeyir, gah küçədə insanlarla birgə təmizlik işləri görür, gah da bağçada hansısa işlər görür. Bu dəfə Paşinyan bağçada gül əkməsi ilə ictimaiyyətin diqqətini çəkib.

"Paralel.az” xəbər verir ki, həyat yoldaşı Anna Akopyan öz Facebook səhifəsində Nikol Paşinyanın bağçada gül əkmə fotosunu paylaşaraq yazıb:

“İş gününün sonunda”.

Bununla da ictimaiyyətə göstərmək istəyirlər ki, guya işdən sonra istirahət vaxtlarını Paşinyan hansısa faydalı işlə məşğul olur. 

0.019397974014282