Quldurların basqınına məruz qalan Beyləqan sakini Prezidentə müraciət etdi

Quldurların basqınına məruz qalan Beyləqan sakini Prezidentə müraciət etdi
 

Beyləqan rayonu, Birinci Şahsevən kənd sakini, tək yaşayan Ağayev Ramiz Sulduz oğlunun evinə 03 mart 2023-cü il tarixdə gecə saat 3-də 2 nəfər maskalı şəxs basqın edib.

Ağayev Ramiz Sulduz oğlunun yazdığına görə, basqınçılar ev sahibinin əl-ayağını kəndirlə, ağzını skoçla bağlamış və onu 40 dəqiqə döyərək ölümcül hala salmışlar.

Ağayev Ramiz Sulduz oğlunu evində gecə ölümcül döyən quldurların ona əzab verdikdən sonra 800 (səkkiz yüz) manat pulunu, əmək haqqı kartını, sürücülük və şəxsiyyət vəsiqəsini, digər sənədlərini götürüb, ev sahibinin öləcəyini zənn edib hadisə yerindən getmişlər.

Ağayev Ramiz Sulduz oğlu  redaksiyaya göndərdiyi ərizədə qeyd edir ki, o, 6 saat evdə ölümcül vəziyyətdə qalmış, iniltisini eşidən qonşusu tərəfindən ölümdən xilas edilmişdir.

Quldurların basqınına məruz qalan Ağayev Ramiz Sulduz oğlunu ölümdən xilas edən qoşu DİN-inin 102 xidmətinə zəng etdikdən sonra, baş vermiş basqın hadisəsi yerinə Beyləqan RPŞ-si və rayon prokurorluğunun əməkdaşları gəlmiş, baxış keçirmiş, baş verən hadisəsilə əlaqədar cinayət işi qaldırmışlar.

Ağayev Ramiz Sulduz oğlunun yazdığına görə, ona qarşı edilən quldurluq basqın hadisəsinin baş verməsindən xeyli zaman keçməsinə baxmayaraq hadisəni törədən cinayətkarlar hələ də tapılıb məsuliyyətə cəlb olunmayıb.

Quldur basqınına məruz qalan Ağayev Ramiz Sulduz oğlu 27 mart 2023-cü il tarixli ərizə ilə ölkə prezidenti cənab İlham Əliyevə, DİN rəhbəri Vilayət Eyvazova və DTX rəisi Əli Nağıyevə müraciət edərək cinayətkarların tez zamanda müəyyən edilib həbs olunması üçün Beyləqan rayon hüquq-mühafizə orqanları tərəfindən aparılan müvafiq əməliyyat tədbirlərini gücləndirmək üçün əlavə tədbirlər görmələrini xahiş edir.

0.015246868133545