Hesablama Palatası AzTV-də növbəti yoxlamalara başlandı

Hesablama Palatası AzTV-də növbəti yoxlamalara başlandı
 

Hesablama Palatasının AzTV-nin rəhbəri Rövşən Məmmədova gücü çatacaq?

Paralel.az xəbər verir ki, bununla bağlı Hesablama Palatası tərəfindən Azərbaycan “Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) işlərə başlayıb.

Verilən məlumata görə, artıq Palatanın nümayəndələri AzTV-dədir və audit prosesinə hazırlıq gedir. Növbəti iş həftəsindən isə Dövlət Televiziyasında yoxlamalara start veriləcək.

Məlumat üçün bildirək ki, Hesablama Palatası daha öncə də AzTV-də müxtəlif audit yoxlamaları həyata keçirib. Aparılan yoxlamalar zamanı maliyyə hesabatlarında bəzi gəlir və xərclərin təhrif olunması, televiziya işçilərinin əməkhaqqı və qonorar sistemi ilə bağlı bəzi pozuntuların baş verməsi müəyyən edilib.

Yəqin ki, Hesablama Palatası budəfəki yoxlamaların nəticələri haqqında da ictimaiyyətə geniş açıqlama verəcəklər. (Konkret.az)

 

0.011887788772583