Kaş elə bu dünya uşaq qalaydı - Sevinc Afət

Kaş elə bu dünya uşaq qalaydı - Sevinc Afət
 

Kaş elə bu dünya uşaq qalaydı...

Gözlərini bağla, bir az səssiz qal,
Duşünmə, sadəcə dərin nəfəs al,
Uşaqlıq cağının xəyalına dal...
Kaş xəyal kecmişi yada salaydı,
Kaş elə bu dünya uşaq qalaydı...

Zaman bir an dura, tərsinə dönə,
Evdə qaz kəsilə, işıqlar sönə,
Tüstülər yayıla ətrafa yönə,
Nənəm yeməyini bişdi sanaydı,
Kaş elə bu dünya uşaq qalaydı...

Qəfil kulək əsə,quşlar uçuşa,
Ətrafa dağıla, odun, talaşa,
Od-ocaq közərə, təkrar alışa,
Yalın ayaqlarım azca yanaydı,
Kaş elə bu dünya uşaq qalaydı...

Arzulara qanad taxıb uçaydıq
Günəş tək parlayıb şəfəq sacaydıq,
Kindən, küdurətdən uzaq qacaydıq,
Ürək sevgi dolu "an"a dalaydı,
Kaş elə bu dünya uşaq qalaydı...

"Paralel.az" 

0.041629076004028