Fransa parlamentinin saytı xaker hücumuna məruz qalıb

Fransa parlamentinin saytı xaker hücumuna məruz qalıb
 

Fransa Milli Assambleyasının (Parlamentin aşağı palatası) saytı xaker hücumuna məruz qalıb.

"Paralel.az"-ın “Le Matin” saytına istinadla xəbərinə görə, hücumu rusiyameylli “NoName” haker qrupu həyata keçirib.

Qrup Teleqram hesabında bildirib ki, hücum Fransanın Ukraynadakı “neofaşist rejimə” dəstəyinə görə edilib.

Parlamentin yuxarı palatası – Senatın da saytı hücuma məruz qalsa da, giriş mümkündür.

0.024090051651001