Məni ovutmağa cəhd eləməyin - Şair Zöhrab Mehdi

Məni ovutmağa cəhd eləməyin - Şair Zöhrab Mehdi
 

Məni ovutmağa cəhd eləməyin,
daha ovunmağa səbəb, qalmayıb.
Mənim hisslərimə qəsd eləməyin,
Məndə nə taqət var, nə təb - qalmayıb.

...Tüstüsü kor edər, atəşi yaxar
nə vaxtsa çatdığım ocaqlar məni.
Sevinc üz çevirər - bağrına basar
kədər, gəl - gəl deyər - qucaqlar məni.

...Böcək də, ağac da, ot da pərişan
iki vur ikidir... bu tənlik deyil.
... Ovuda bilmirəm sevdiklərimi -
ovunmaq - dur bir az -bu mənlik deyil.

...Məni ovutmağa cəhd eləməyin,
hissim də, duyğum da əzimdən düşüb!
O Adil, O Böyük dediyin var, ha...
düşüb dostum, O, da-gözümdən düşüb!

"Paralel.az"

0.039084911346436