Pişik haqqında bunları bilirdinizmi? - FOTO
Pişiklər sevgi hormonlarını ifraz edirlər. Onlar həm də üzərimizdəki neqativ enerjimizi ortadan qaldıra bilirlər. Biz yatarkən üzərimizdəki neqativi öz üzərinə çəkərlər. Əgər bir ailədə çox insan yaşayarsa pişiklərdə neqativ enerji yüklənməsi olur. Bu səbəbdən çox kilo alırlar. Yatarkən aldığı neqativi boşaldırlar. Ona görə də pişikləri çox yatırlar deyə günahlandırmamalıyıq.
Pişiklər bir çox xəstəliklərin azalmasına səbəb olurlar. Pişik sahibləri həkimə az ehtiyac duyurlar. Çünki daha çox xoşbəxt və daha az streslidirlər.
Pişiklər stressi azaltmaqla yanaşı infarkt riskini də azalda bilirlər. Onlar xərçəngin bəzi növlərinin qarşısını ala bilir. Bu, pişiklərdə olan bəzi bakteriyalardan qaynaqlandığı iddia edilir.
Pişik sahibləri daha empatik olurlar. Onlar uşaqların ən yaxşı yoldaşları olub inkişaf etmələrinə yardımçı olurlar.
Pişiklər şirniyyatın dadını almazlar.
Pişiklər suyu sevməzlər, lakin yeganə pişik növü Van pişiyidir ki, suda üzməyi çox sevir.
Pişiklər qulaqlarını 180 dərəcə döndürə bilirlər. Onlar çox uzaqdakı səsləri eşidə bilirlər. Hətta itlərdən daha yaxşı eşidirlər.
İlk pişiyi evcilləşdirən xalq Misir xalqı olub.
Pişik həyatının 60-70 faizini yataraq keçirir. Bu da bəzən gündə 18 saata qədər gəlib çıxır. Ancaq ətrafında təhlükə hiss etdiyi zaman yatma müddəti az olur.
Pişiklər də yuxu görə bilir. Bəli, bəli düz eşitdiniz. Onlar da bizim kimi yuxu görə bilirlər.
Andy adındakı bir pişik binanın 16-cı mərtəbəsindən yıxılır, ancaq buna baxmayaraq sağ qalır. Sizcə bu möcüzə deyilmi?!
Bu ağıllı heyvanlar zəlzələni 10-15 dəqiqə öncə hiss edirlər.
Rusiyanın Sankt Peterburq şəhərində Ermitaj muzeyindəki əsərləri neçə yüz ildir ki, pişiklər qoruyur. Sizcə nədən qoruya bilər? Əlbəttə ki, siçanlardan. Siçanların muzeydəki əsərlərə zərər verməsinin qarşısını alırlar.
Pişiklər alışdıqları yeri çox sevirlər. Əsla dəyişməsini istəməzlər. Hətta yemək qablarını belə.
Ən çox bala doğan pişik eyni zamanda 19 bala doğub və onun 15-i həyatda qalıb.