1947-1953-cü il deportasiyasının əsl həqiqətləri
Həsən Əliyev:
QƏRBİ AZƏRBAYCAN İCMASININ ÜZVLƏRİNƏ İTHAF EDİRƏM.
Bu gün Azərbaycanda Qərbi Azərbaycan İcmasının yaranması hamı kimi mənə də fərəh gətirir.Qədim Qərbi Azərbaycan ərazilərində dilçiliklə bağlı toponimik yer adlarının şərhini verməklə az da olsa töhvə verməyə çalışmışam.F/b səhifəmi izləsəniz şərhlərimə rast gələcəksiniz.Bu təşkilata xidmət hər bir Azərbaycan ziyalısının mənəvi borcudur.
Əgər mən bu gün dilçilikdən yox, siyasətdən yazsam, bir çoxları təəccüblənə bilərlər.Mən eyni zamanda ali siyasi təhsilli politoloqam.Siyasətə qoşulmamağımın özü də siyasətdir.Siyasətçilər yetərsay olduğundan özümü digər ixtisasım olan dilçilikdə görürəm.Dilçilikdə konkretlik siyasətdən(mübahisədən) daha faydalıdır.Siyasət həmişə qaranlıqda özünə yuva salmışdır.Bunun açılması bəzən yüz illərə qədər gedib çıxır.”Siyasət” sözü ərəb dilində “dövlətin, şəxsin öz işində tutduğu müəyyən istiqamət” kimi izah olunsa da, onun 2-ci məcazi mənası “hiylə” kimi verilir.Əslində “siyasət” sözünün özü yenə ərəb dilində “siyah” – “qara” sözündəndir.”Savad” sözü ilə “siyah” sözü semantik cəhətdən eyni paralellikdədir.Yəni “cızma-qara” etməyi bacaran adamlara qədimdə “savadlı” adam deyirdilər.Elə bu semantik nöqteyi nəzərdən də “siyasət, siyasətçi” sözü özünə “siyah-qaranlıq” adlanma adını (nominativ) almışdır.(Nominativdə təsadüf yoxdur.Sadəcə dilin fəlsəfəsini bilmək lazımdır.)
Hətta gizli siyasi məktəblərdə belə Sovet İttifaqı KP-nin tarixi təcrübəsi tədrisində də gizli məqamlər açılmır və öyrənilmir.
Əgər siyasi bir məsələnin açılması üçün heç bir mənbə yoxdursa, siyasətlə məşğul olan adam məsələni necə çözməlidir? Bəlkə də siyasətçi bunu diplomatik cavablə “gələcək zaman” göstərəcək kimi anonim cavab verməyi üstün tutardı.Əslində siyasətçi həm keçmişi analiz etməyi, həm də gələcəyi dəqiq proqnozlaşdırmağı bacarmalıdır.Məntiqində duyğuluğu cilalamalıdır.O, həm keçmişi, həm də real gələcəyi duymalıdır.
Bu gün bütün azərbaycanlıları, əsasən də Qərbi azərbaycanlılaraı düşündürən 1947 – 1953 –cü il deportasiyasının siyasi motivi düşündürür.Siyasətçilər isə bunun cavabını mənbələrə əsaslanaraq 1947-ci il 27 dekabr SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı “qərəzli” qərarını əsas gətirməklə mənbəyə söykənərək dövrün tribunasından(sovetlər olmadığından) ucadan çıxışlar edirlər.Hətta bunu ermənipərəst sovetlər birliyinin siyasətinə ünvanlayıb, bu suala cavab vermiş kimi özlərini göstərirlər.
Əslində Sovetlər dövründə deportasiyanı 3 hissəyə bölmək mümkündür.
1-ci dövr 1920 ci illər Sovet dövlətinin sərhədlərinin müəyyən edilməsində SSRİ-nin xarici siyasətə gücü çatmadığı üçün-yəni məcburi şəkildə Türkiyə dövləti sərhədlərini dəyişdirməyə nail olmadığından Türkiyənin Azərbaycanla quru bağlantısının kəsilməsi, birbaşa təmasın qarşısının alınması üçün Azərbaycanın Zəngəzur əyalətini Ermənistan SSR-ə ilhaq etdi.Yerli xalq buna etiraz etsə də bolşeviklərin silahla təmin etdiyi Necdenin daşnak dəstəsi azərbaycanlılarıın saysız-hesabsız qətliamını törətdilər.Bu qətliamlar Sovet dövlətinə imkan verdiki, o dövrdə müstəqil ordusu olmayan Azərbaycan rəhbərliyini xalqın günahsız qırğınının qarşısını almaq üçün bu sənədə imza atmağa razı olsun.Türkiyə də Sovet bolşeviklərinə borclu qalmışdı.Lenin bolşeviklərin qələbəsindən sonra Türkiyə ərazisinin yarıya yaxın torpaqlarını işğal etmiş çar rusiyasının ordusunu geri çağırmışdır.Bu səbəbdən də Türkiyə ingilis, yunan,fransa ilə döyüş bölgələrinə gücünü səfərbər edərək Türkiyəni parçalanmaqdan xilas etmişdir.Əslində burada Almaniyanın əsas rolu olmuşdur.Türkiyə də Almaniya ilə ittifaqda olduğundan bundan faydalanmışdır.
Bu gün Ermənistanda Necdenin abidəsi məsələsi ruslar tərəfindən qaldırılanda, siyasi sirləri vaxtilə siyasi büroda olan ermənilərin verdiyi tarixi informasiyaları onlara xatırladırlar.Yəni bu gün Türkiyənin ruslarla quru sərhəddinin olmamasını Necdenin xidməti kimi qiymətləndirirlər.
Əslində bu ərazilərdə yaşayan yerli azərbaycanlılar qandüşməni olan ermənilərə öz ailələrinin təhlükəsizlik təminatına etibarları yox idi.Qətliamların şahidi olan adamlar oradan özləri köç etməyə başladılar.Təsərrüfatlarda qəsdən donuzçuluq fermaları yaratmaqla yerli müsəlmanları ikrahedici üsullarla “könüllü” deportasiyasına şərait yaratdılar.
2-ci deportasiya yəni 1947-1953-cü illər.Mən heç güman etmirəm ki, bizim siyasətçilərin dediyi kimi bu deportasiya milli zəmində olmuşdur.Sövet dövründə milli zəmin həmişə dövlətin 1 № li siyasi xətti olmuşdur.Bunun açıq şəkildə aparılması bu günə qədər müammalı qalmaqdadır.
Öz fikirlərimi təqdim etmək istərdim.II Dünya Müharibəsi başa çatdıqdan sonra dünyanın geosiyasi xəritəsi dəyişdi.Sovetlər birliyi daha da genişlənərək öz hüdudlarını buferləşdirdi.Türkiyə dövləti I Dünya Müharibəsindən sonra hələ də özünə gələ bilməmişdi.Türkiyə Sovetlərə yıxılmağın gələcəyini əsarətdə görürdü.Qərbin özü də müharibədən yarımcan çıxmışdı.Ümid ancaq ABŞ-yə qalırdı.Müharibədə qazanan ABŞ özünə yeni tərəfdarlar yığmaq üçün “Marşal” planını işə saldı.İqtisadi cəhətdən zəif olan Türkiyə uzunmüddətli faizsiz kreditlərdən yararlanmaq üçün ABŞ-la təmas qurmağa məcbur oldu.Dünyada yaranan “soyuq müharibə” abu-həvası da özünə tərəfdaşlar hazırlayırdı.Əlbəttə ki, “Marşal” planından yararlananlar ABŞ-ın tərəfinə keçməli idilər.Baxmayaraq ki, NATO rəsmi olaraq 1949-cu ildə, Türkiyənin isə bu quruma daxil olması 1952-ci ildə baş vermişdirsə də, Sovet siyasətçilərinin əvvəlcədən proqnozlaşdırdığı siyasətin nəticəsində !920 ci ildə ərazicə Ermənistan SSR-ə ilhaq edilmiş Azərbaycanın Zəngəzur mahalının əhalisinin türkmənşəli olması Stalin tərəfindən bu ərazilərdən deportasiya olunma planını qabaqcadan hazırlayıb həyata keçirilməsinə səbəb olmuşdur.Böyük köçün səbəbi budur.
3-cü deportasiya isə Qorbaçovun tam fərqli (kontr) siyasətinin nəticəsi üçün münbit siyasətin meydanı olmuşdur.Həmin dövrdə bir çox yerlərdə milli münaqişələr salınsa da, həmin xalqlar arasında qandüşmənçiliyi olmadığından öz effektini oralarda verməmişdi.Məhz erməni-türk qandüşmənçiliyinə əmin olan Qorbaçov bu regionu əlverişli görmüş və guya sovet quruluşunun milli-siyasi idarəçiliyində “könüllülüyə” düzgün əhəmiyyət verilməməsinin təzahürü kimi “Qarabağ” füqurundan yetərincə istifadə etmişdir.Bu gün qərbin yazığı gəldiyi erməni personajı Qorbaçovun təqdimatının davamıdır.Onları “yazıq” təqdimatı əsasında ABŞ-ın və Avropanın düşməni olan Sovetlər Birliyinin yıxılmasını erməni xalqının əməli fəaliyyətinin nəticəsi kimi qiymətləndirib, onların müdafiəsində dururlar.
1988 ci il fevralında başlayan hadisələr, !989-cu il Spitakdakı zəlzələ demək olar ki, son azərbaycanlıların deportasiyasını tamamladı.
P.S.Yaxşı ki, Böyük Qələbəmiz bizə ruh yüksəkliyi verir ki, biz doğma Zəngəzurumuza açılan cığırlarla tez bir zamanda oralara qovuşacağıq.”Niyyətin hara, mənzilin ora”.Bu günə qədər atalar sözlərimizin yayındığını görməmişəm.Mən əminəm!
Paralel.az