Bayden: "Son üç ayda eşidirəm ki, Çin Rusiyaya..."
ABŞ Prezidenti Co Bayden Moskva ilə Pekin arasındakı yaxınlaşmanı çox şişirdilmiş hesab edir.
“Paralel.az ” xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında deyib.
“Son üç ayda eşidirəm ki, Çin Rusiyaya irimiqyaslı silah tədarük etməyə hazırlaşır. Və hələ heç nə etməyiblər. Bu o demək deyil ki, bunu etməyəcəklər, amma hələlik belə bir şey yoxdur”, - deyə o bildirib.
Bayden onu da əlavə edib ki, koalisiyalar yalnız Qərbdə qurulur. Ağ Ev rəhbəri misal olaraq QUAD, AUKUS, Yaponiya, ABŞ və Cənubi Koreyanın alyansını göstərib.
“Mən Çin və Rusiyanın etdiklərini qeyri-ciddi qəbul etmirəm və bu, əhəmiyyətli dərəcədə arta bilər”, - Bayden vurğulayıb.