Şahlıq kəndinə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir -VİDEO

Şahlıq kəndinə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir -VİDEO
 

Ucar rayonunun Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi işləri yekunlaşmaq üzrədir

Paralel.az  xəbər verir ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi Ucar rayonunun Şahlıq kəndində də qaz təsərrüfatına dair işlər görülməkdədir. SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən nəzərdə tutulmuş layihə üzrə kəndin küçə və daşıyıcı qaz xətlərinin çəkilişi üçün ümumilikdə 18 km uzunluğunda qaz xətti çəkilib. İşlər artıq yekunlaşmaq üzrədir. Hal-hazırda boyama və betonlanma işləri həyata keçirilir.

Daha ətraflı video materialda: 

0.016525030136108