Qarabağın bərpası neçəyə başa gələcək? - İqtisadçı ekspert

Qarabağın bərpası neçəyə başa gələcək? - İqtisadçı ekspert
 

Qarabağa qayıdışla bağlı birinci dövlət proqramı 2022-2026-cı illəri əhatə edir və hökumətin ilkin hesablamalarına görə, proqramın icrası üçün 20 milyard manat tələb olunur. Ümumilikdə isə Qarabağın bərpasının 2040-cı ilədək yekunlaşacağı proqnozlaşıdırılsa da, tam bərpaya tələb olunan vəsaitin məbləği açıqlanmır.
I Dövlət Proqramının (2022-2026) maliyyətutumlu tədbirləri aşağıdakılardır:
- 34 500 mənzilin və fərdi yaşayış evinin inşası;
- 8 qəsəbə və 120 kəndin şəhərsalma əsaslandırmasının hazırlanması və təsdiqi;
- 97 yaşayış məntəqəsində içməli su və kanalizasiya şəbəkəsinin qurulması;
- 197 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası;
- 9 təhsil müəssisəsinin (peşə və orta ixtisas təhsili) istifadəyə verilməsi;
- 49 ailə sağlamlıq mərkəzinin və 39 tibb məntəqəsinin tikintisi;
- 8 Rayon Mərkəzi Xəstəxanasının, 3 Təcili tibbi yardım stansiyasının , 2 hərbi hospitalın və 8 Gigiyena və Epidemiologiya Mərkəzinin tikintisi;
- 21 respublika və yerli əhəmiyyətli yolların çəkilməsi;
- 1 ədəd 500 kV və 1 ədəd 330 kV YS, 1 ədəd 500 kV EVX (110 km), 3 ədəd 330 kV EVX (222 km), 10 ədəd 110 kV YS, 20 ədəd 110 kV EVX (451 km) qurulması, YS arasında EVX-nin çəkilməsi;
- 500 min hektara yaxın əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi;
- Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində qaz nəqli şəbəkələrinin qurulması;
- 853 min hektar ərazinin minalardan təmizlənməsi;
- 1 150 ha meşə əkini və meşə səpini işlərinin aparılması;
- 37 kiçik su elektrik stansiyasının (KSES) tikintisi, 23 KSES-in bərpası və 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və sair.

Sonda qeyd edim ki, dövlət büdcəsindən Qarabağın bərpasına 2021-ci ildə 2 200 milyon manat proqnoza qarşı faktiki 2 178,4 milyon manat, 2022-ci ildə nəzərdə tutulan 2 670 milyon manata qarşı faktiki 4 315 milyon manat xərclənib. 2023-cü ildə isə büdcədən 3 000 milyon manat xərclənməsi proqnozlaşdırılır.

İqtisadçı ekspert Qalib Toğrul

"Paralel.az"

0.025020837783813