Yasamalda təhlükə! İcra başçısı Elşad Həsənov təhlükəyə niyə göz yumur?
İnsanların təhlükəsiz yaşamasına icra başçısı biganədir
Ölkə prezidenti Azərbaycanı rüşvətxor və korrupsioner qoca komanda üzvlərindən azad etmək məqsədilə vəzifəyə gənc kadrlar təyin edir. Təəssüflə bildirirəm ki, gənc kadrların bəziləri qoca korrupsionerlərin çirkin yolunu davam etdirirlər.
Üç il öncə Bakının Yasamal rayonuna icra başçısı təyin olunan Elşad Həsənov özünü bu cür azsaylı gənc kadrlar kimi, çox yekəxana, xalqa, xüsusən Qarabağ müharibə veteranlarına, qazilərə qarşı çox kobud aparır. İcra başçısı Elşad Həsənovun kobud və yalançı olduğu ilə şəxsən özüm qarşılaşmışam. Qarabağ müharibə veteranı kimi, ilk dəfə icra başçısının gəncliyini nəzərə alıb, onun qəbuluna getdim.
Yasamal RİH-in məsul vəzifəli şəxslərinin iştirakı ilə ərazidə baş verən qanunsuzluqları, rayonda olan hündürmərtəbəli binalarda yaşayan insanların həyatı üçün təhlükə yarandığını başçıya bildirdim. Bütün qanunsuzluqlar barədə açıq danışıb, icra başçısı Elşad Həsənova vətəndaşların həyatına yaranmış təhlükə barədə ətraflı məlumat verdim.
RİH-in xeyli məsul vəzifəli şəxslərinin iştirakı ilə keçən qəbulda icra başçısı N. Hikmət küçəsi 26/76 yaşayış məhəlləsindəki çatışmazlıqların qısa zamanda aradan qaldırılması və 4 binanın ortasındakı əraziyə 2 həftə ərzində baxış keçirəcəyini vəd etdi. Lakin hazırda qəbuldan 4 həftə zaman keçməsinə baxmayaraq, icra başçısı vədinə əməl etməyib. Deməli, icra başçısı gənc olsa da, yalançıdır!
Əgər icra başçısı Qarabağ veteranına verdiyi vədi yerinə yetirmirsə, deməli, o, vətəndaşların qəbulda səsləndirdiyi şikayətlərə də məhəl qoymur. Elşad Həsənov həm də, ondan əvvəl 15 il rayonda icra başçısı vəzifəsində işləmiş İbrahim Mehdiyev və onun birinci müavini Səməd İslamovun təhlükəli qazanc əldə etmək ənənəsindən hələ də istifadə edir, faydalanır.
Yasamal rayonunun çox sayda insanları, ailələri yaşan çoxmərtəbəli binalardakı bütün zirzəmilər RİH tərəfindən özəlləşdirilib, satılıb. Binaların birinci mərtəbəsində yerləşən evlər iaşə, ticarət obyektləri və hər an partlamaq, binalarda yaşayan insanları məhv etmək gücünə malik çox təhlkəli obyeklərə çevrilib.
Yasamal rayonundakı binaların zirzəmilərinin əksəriyyətini özəlləşdirən RİH-in sabiq birinci müavini Səməd İslamov və birinci mərtəbələrin altındakı zirzəmi və evləri dükan, mağaza və müxtəlif məmulatlar istehsal edən, satan obyektlər kimi istifadə edib, qazanc götürən imkanlı adamlar binada yaşayan insanların həyatını tam təhlükə altına atıblar.
Hətta küçələri, səkiləri belə, obyekt sahibləri zəbt ediblər, rayonda rüşvət vermədən daşı daş üstünə qoymağa imkan verməyən RİH bu qanunsuzluğa aşkar göz yumur.
Qardaş Türkiyədə baş vermiş dağıdıcı, 50 mindən çox insanın həyatına son qoyan, 125 mindən çox insanı yaralanmasına, şikəst olmasına səbəb olan zəlzələnin ağır nəticələrini misal gətirərək, həmin zəlzələnin Bakıda baş verməyəcəyinə zəmanət olmadığını və insanların kütləvi şəkildə qırılmasına zəmin yaranmış təhlükə barədə fevral ayında icra başçısı Elşad Həsənova bütün həqiqətləri dedim, yaşadığı binanın zirzəmisində və 2 yüz nəfər ailənin yaşadığı həyətdə mövcud təhlükəli durumun aradan qaldırılmasının çox vacib olduğunu bildirdim, 7cra başçısı ilə Qarabağ qazisinin xahişi hələ də yerinə yetirməyib, şıdırğı rüşvət alveri gedir. Şikayətdə əks olunan nöqsanı aradan qaldırmaq əvəzinə, obyektlərin sahiblərində pul yığırlar.
Qarabağ qazisinin yaşadığı binanın zirzəmisində qanunsuz olaraq fəaliyyət göstərən, Nazim Hikmət küçəsi 26/76 ünvanında yerləşən, hətta insanların keçməsi üçün küçə və səkiləri zəbt edən, çox təhlükəli fəaliyyət göstərən "İz Kulinariya" tort, şirniyyat istehsal edən və satan obyektin fəaliyyətinin dayandırılması barədə icra başçısından xahiş edib, amma heç bir tədbir görülmür.
Binada baş verə biləcək kütləvi insan qırğını təhlükəsi barədə icra başçısının özü və kollektivi Qarabağ qazisi tərəfindən tam xəbərdar edilib. Lakin yaşadığı binanın özəlləşdirilmiş zirzəmisində bina sakinləri və ailəsi üçün çox böyük təhlükə olduğunu bildirən Qarabağ qazisinin müraciətinə icra başçısı Elşad Həsənov hələ də heç bir əhəmiyyət də verimir.
Elşad Həsənov onu icra başçısı təyin edən ölkə Prezidentinin tapşırıqlarına və tövsiyyələrinə belə yarıtmaz münasibət bəsləməklə, xalqı, Qarabağ müharibə veteranlarını dövlətdən narazı salır. Aydın hiss olunur ki, icra başçısı gənc olsa da, onun xalqa xidmət göstərən rəhbər olacağını gözləmək əbəsdir...
Abbas