Anasını və bacısını öldürdürən şəxsin cəzası yüngülləşdirildi

Anasını və bacısını öldürdürən şəxsin cəzası yüngülləşdirildi
 

Bakı Apellyasiya Məhkəməsində anasını və bacısını qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Paralel.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Belə ki, cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Murad Niftizadə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

İttiham aktına əsasən, M. Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi münasibətlər zəmnində qətlə yetirib.

Hadisədən sonra M. Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.

0.011858940124512