"Azərsu" Ərəbzəngi rolunda

 

Artıq üçuncü gündür ki, Masazır qəsəbə sakinləri su üzünə həsrətdirlər, Amma bunun səbəbini əhaliyə anlatmaq nədir, heç xəbərdarlıq belə, edilmir. Mərkəz Bakının on addımlıgında yerləşən bu qəsəbənin sanki yiyəsi yoxdur. Amma belə deyil, yiyəsi var, sadəcə, onları qəsəbənin sosial problemləri deyil, satıla biləcək torparları daha çox düşündürür. Hazırda bu yazını yazdıgım vaxt artıq bir saatdır ki,işıqlar da sönüb. Bu da qəsəbədə adi haldır. Qayıdaq su məsələsinə, artıq səbr kasam daşdı bunun səbəbini öyrənmək üçün zəng etdiyim nömrələrdən 955 «Qaynar xətt» nömrəsindən cavab ala bilmədiyimdən üz tutdum,qəsəbədəki nasos stansiyasına. Gördüklərim məni şoka saldı desəm, inanmayacaqsınız. 300 mindən çox insana xidmət edən bu stansiya, yəqin ki, burada təxminən 10 min insan yaşayanda hardasa, 1950-60 - illərdə inşa edilib o gündən bir dəfə təmir deyilən şey görməyib. O zaman nasosxanada iki nasos muhərriki olub, yəni təxminən 10 min əhali yaşayanda, bu gün isə qəsəbədə 300 mindən artır əhali yaşayır bir nasosa möhtac qalıb. «Azərsu», demək olar ki, hər il suyun qiymətini artirır, dövlətdən milyonlarla dotasiya alır, amma bir soruşan yoxdur ki, bu pulları «Azərsu» rəhbərliyi hara xərcləyir. Onların özlərində bir abır-həya yoxdur ki, bu qədər yedik, taladıq bir az da xalqı düşünək. Mən dedim, qalanı aidiyyəti qurumların işidir .

P.S. İndilərdə yenicə su gəlməyə başlamışdı ki, işıqlar sondü. Bu qədər, bizim işimiz Allah qalıb deyəsən.

Yusif Seyid

 

0.021543025970459