Vicdana və qanuna xəyanət

Vicdana və qanuna xəyanət
 

 Qanundan qorxmursunuz, Allahdan qorxun

İnsan yaranışından öz, Yaradanına asi olub bu səbəbdən cənnətdən yer üzünə sınağa göndərilib. Bunun bariz nümünəsi həzrəti Adəm Həvvadır. Onlar yer üzünə ona görə göndərildilər ki, öz günahlarını yuyub, yenidən cənnətə qayıtmaq haqqı qazansınlar. Yəni bizlər Adəm Həvvanın nəfsinin qurbanlarıyıq. Bu səbəbdən hazırda insanların böyük əksəriyyəti öz nəfslərinə hakim ola bilmirlər. Anlamaq istəmirlər ki, bu fani dünyada onları çox ciddi sınaqlar gözləyir onların da ən ağırı, şeytan vəsvəsəsindən qorunmaq öz nəfsinə hakim olmaqdır. Nəfsə qalib gəlməyin yeganə yolu isə vicdanından vaz keçməməkdir.

Nədir vicdan? Elə bir bəşər övladı yoxdur ki, bu sualı özünə verməmiş olsun (təkcə şeyxul islam Allahşükür Paşazadədən başqa). Bəziləri hesab edir ki, vicdan insanı-insan edən ən böyük qanundur. Eyni zamanda vicdan həm , içimizdəki ən böyük hakim olaraq bizi pis əməllərdən çəkindirir. Bununla belə, əgər biz öz ləyaqətimizi itirəriksə, bizi vicdan əzabı gözləyir. Vicdan əzabı bir növ itirilən ləyaqətin əks-sədasıdır ki, bizi hər zaman haqq yoluna səsləyir. Yəni insan öz nəfsinə uyaraq pis əməl törətdikdə, rüşvət aldıqda, məzlumlara zülm etdikdə, kiminsə haqqına girdikdə vicdan əzabı onu mühakimə etməyə belə əməllərdən çəkindirməyə çalışır. Nəfsin vicdana üstün gəldiyi məqamda isə nəinki bir fərd olaraq insan, ümumiyyətlə cəmiyyət mənəvi aşınmaya (deqradasiyaya) məruz qalır. Müasir Azərbaycan cəmiyyəti kimi Azərbaycanda ən çox vicdanını itirən, nəfsin, pulun, var-dövlətin quluna çevrilənlər isə sadə insanları öz qulları hesab edən məmurlar çetesidir. Ancaq onlar unudurlar ki, hesab zamanı gəldiyində törətdikləri hər əmələ, qazandıqları hər qəpiyə görə cavab verməli olacaqlar. Lakin çox təəssüflər olsun ki, mal-dövlət, xadqın ona verdiyi səlahiyyətlərdən sui-istifadə edərək varlanmaq hərisliyi onu ləyaqətindən məhrum edib. Ləyaqətsiz insanın isə vicdanı olmur.

Bütün türk dünyasını sarsıdan son zəlzələ faciəsi bunu bir daha sübut etdi. Yüzminlərlə insan anındaca dağıntılar altında qaldı. Onminlərlə insan canından, malından mülkündən oldu.

Mən zəlzələnin başvermə səbəblərini bilmirəm. Bir bildiyim şey var, dünyada heç bir şey səbəbsiz təsadüfdən olmur. Hesab edirəm ki, baş vermiş zəlzələ onun ağır fəsadlarının da səbəbi vicdan ləyaqətin pula qurban verilməsidir. Allahutəalə bizə xəbərdarlıq edir ki, mən hər şeyi görürəm bilirəm. Yəni siz məzlumları aldadaraq onların malına, mülkünə, puluna sahiblənərək milyonlar qazana bilərsiniz. Mən bir anda sizi ondan məhrum edərəm. Burada əsas məsələlərdən biri halala haram qatmaqdır. Görün, işbazların halala haram qataraq qazandıqları milyonlardan sadə insanlar da əziyyət çəkdilər. Deyə bilərsiniz ki, onların günahı idi? Susqunluq. İnsanlar bildikləri, gördükləri halda susqunluq nümayiş etdirdikləri üçün Allah onları da cəzalandırdı. Nər kəsə dərs olsun deyə.

Zəlzələ sonrası bir çox məqamlar ortaya çıxdı. Dünyaca məşhur olan türk tikinti şirkətlərinin rəhbərləri , tikinti zamanı halala haram qatdıqlarını etiraf etmək məcburiyyətində qaldılar. Çünki faktlar göz qabağındadır.

Halallıqla tikilən binalardan isə bir daş velə düşmədi. Bir insanın belə burnu qanamadı. Həmin binaları tikənlərin açıqlamaları da diqqətmi çəkdi:"Mən halala haram qatmadım, məlzəmə çalmadım, Allahımdan qorxdum". Bir başqası isə belə dedi:" Mən vicdanıma qanunlara xəyanət etmədim".

Bax, ən əsas məsələ budur, vicdana, qanunlara xəyanət etməmək, məlzəmə çalmamaq, halala haram qatmamaq Allahdan qorxmaq. Hamı əvvəldən belə düşünsəydi, faciənin miqyası da bu qədər böyük olmazdı.

Bu gün Azərbaycan məmurları arasından bir nəfər çıxıb deyə bilərmi ki, o, vicdanına qanunlara xəyanət etməyib, yaxud etmir. Deyə bilməz, çünki ən böyük xəyanət rüşvətdir, korrupsiyadır, inhisarçılıqdır, başqasının haqqını yeməkdir, halala haram qatmaqdır. Hansı vicdanlı məmur işçisinə övladlarının gündəlik cib xərclərindən çox aylıq maaş verər? Gündə min manat xərcləyən məmur heç düşünürmü ki, bu minləri, milyonları onun üçün qazanan məzlum insanlar da yaşamaq istəyir, onlar ayda 350-400 manata necə yaşayırlar?

Bu yetməz kimi, hansı məmuru, deputatı dindirirsən, rüsumların, nəqliyyat ödənişlərinin, arayışların, digər xərclərin qiymətinin artırılmasının vacibliyindən danışır. Bəs vicdanınız harada qaldı cənablar? Həmin məmurlara qulbeçəlik edən bəzi KİV təmsilçiləri «telekanalizasiya» mənsubları da, öz yazılarında verilişlərində onlara dəstək verirlər.

Buna səbəb isə odur ki, Azərbaycan cəmiyyəti elə müstəqilliyin ilk illərindən mənəvi aşınmaya məruz qalıb. Son illərdə baş verən kəskin qiymət artımları bunun qarşılığında pensiyaların müavinatların cüzi artımı onu deməyə əsas verir ki, ölkəmizdə vicdan əzabının olduğunu bilməyənlərin sayı durmadan artır. Bu isə çox ciddi məsələdir. Bunu müzakirə etməyə dəyər.

 Siz dövləti, hökuməti, insanları aldada, halala haram qata, vicdana qanuna xəyanət edə bilərsiniz, amma unutmayın ki, Allahı aldatmaq olmaz hər şey onun qüdrətindədir. Türkiyədə baş verən faciəni hər an xatırlayın.

Yusif Seyid

 

0.023535966873169