Var olmaq!

Var olmaq!
 

Ədalət naminə...

Ədalət hissinin çoxlarını tərk etməsi qənaətinin hasil olduğu məqamda fərqli hadisələr yaşandı. Ölkəmizdə bu, birbaşa olmasa da, cəmiyyətimiz ona yekdilliklə qoşuldu.

Türkiyədə baş verən dəhşətli zəlzələdə itkilərlə bağlı vətəndaşlarımızın, soydaşlarımızın sərgilədiyi münasibəti yada salıram. Bu, bütün ictimaiyyətə bəlli olan məsələdir, ona görə təfərrüatlara varmıram...

Lakin mənəviyyata bağlı şübhələrin bir an içində necə dəyişdiyini deməyə bilmərəm. Elə məlum hadisələylə bağlı müxtəlif rakurslarda müşahidə edilən, görünən, göstərilən münasibətin bir neçəsinə nəzərən, bu yüksək, ali hissin hələ yaşadığını, ölmədiyini söyləmək olar.

...Kimsə ürəyini tutubsa, bu, heç şəxsin ürək xəstəsi olduğunu söyləməyə əsas verməz. Hər hansı bir adam kobud yaxud əksinə görünə bilər, amma bu, onun doğrudan daürəksiz ya tərsinə olduğu anlamı vermir. İnsanlar müxtəlif, hal-xasiyyət cürbəcür, elə yanaşmalar, münasibətlər fərqlidir. “Qurunun oduna yaş da yanırsa, əbədi cəmiyyətimizin əzəli probleminin hadisələrdə üzə çıxan əksliyini söyləməliyik. Ədalət naminə.

Bəli, məhz bu məqamdır ki, dünya durduqca, insan oğlu var olduqca, ədalət olacaq. Olmasa, insanlıq da məhv olacaq. Çünki istər fərdi, istərsə küll şəklində olsun, ədaləti olmayanın şəxsiyyəti natamamdır...

Bir məişət tablosu təsəvvür edək, ordakiçik dövlətadlandırdığımızn başında dayananın ədaləti olmazsa, ailənin varlığı, dayanıqlığı da şübhə altına düşür. Çünki gec-tez, ədalətsiz davranışın, haqsız münasibətin sonu onun dağılmasına, orda məskunlaşanların, bəli, məhz məskunlaşanların  o yuvanı tərk edib getməsinə gətirib çıxaracaq. Ədalətsizliyin meydan suladığı heç bir məkanda müsbət ab-hava, aura ola bilməz, onun sonu hamıya məlumdur. Haqqı itirən, haqqa tapına bilməz, müdriklər demiş...

...Bir azyaşlı uşaq tanıyıram, tanıdığım gündən onun ədalətli mövqeyinə heyranam. Ağlı kəsəndən qohumda-qonşuda, ətrafında olan yaşıdlarına qarşı həmişə nümunəvi davranışda olub. Onun fantaziyasına bələd olduqca, fikirlərini dinlədikcə, heç on iki yaşlı bir uşaq olduğuna inana bilmirsən. Lakin o, doğrudan da bu illərin yetirməsidir, fəqət illərin içində onu yetirənlərin əməyini danmaq haqsızlıq olar. O isə əməyi itirməyənlərin tam bir ədalət mücəssəməsidir. Onun gələcək peşəsini indidən təsəvvür etmək olar, sanıram, haqsızlığın yenmədiyi cəmiyyətə yaşam durduqca, ədalət qoruyucuları gərək olacaq...

Küçədə-yolda, bayır-bacaqda dilsiz-ağılsız canlılara, it-pişiklərə zülm edənləri gördük bu həyatda, dəhşətli hadisələrdə dağıntılar altından insanlarla birlikdə heyvanların çıxarılmasına da şahidlik etdik. Təsəvvür etməzdik, insanlıq tablosunda tamamlanması lazım olanları görmək üçün dəhşətlərdən keçmək gərəkirmiş...

Bu gün evlərdən, ailələrdən, daha sonra isə bütöv cəmiyyətdən gözləntimiz böyükdür. Bunu söz xatirinə demirik, kiminsə vaxtını almaqla, “boş şeydiretinasızlığını qəbullanmamaq ağrısı yaşamaq fikrində deyilik. Bir fərd sonunda cəm olursa, hər zərrədən küll yaranırsa, gözləntimizin mənasını, məğzini anlamaq da çətin deyil... İnsanlığın var olduğu yerdə, haqqın ehtiva etdiyi ədalət varsa, yetər.

Yetər ki, olsun. OnuXocalıya ədalət!”, 20 Yanvar, 31 Mart qurbanlarının talesizliyini dəyişməkdə, indiyədək itirdiklərimizin mənəvi qələbəsində görməliyik. Bu sadalamadığım haqsızlıqların öz yerini nəhayət ki haqqa, ədalətə verməsinə şahidlik etmək nəsibimiz olsun!

Eyni zamanda, ilk növbədə, o şahidlərin ədalətli şəkildə, haqqa, insan haqqına uyğun yaşaması ədalətli deyilən cəmiyyətdə bir fərd şəxsiyyət kimi nəhayət ki var olması diləyilə...

 Nigar Orucova 

0.024579048156738