Xocalı şəhidlərinə...

Xocalı şəhidlərinə...
 

Mirmahmud Mirəlioğlu:
Ruhunuz Şad OLsun! -
deyirik...
Ruhunuzu Şad edə bilmirik...
1992 - çi ildə,ali sovetin binasında, Milli Şuranın iclasında bildik SOYQIRIMI...
 Sayğı duruşu və FATİHƏ ilə SİZLƏRİ yad etdik... QİSASA kökləndik...
Mart gəldi...
Hakimiyyət dəyişdi...
Yeni "təyinatlar" oldu...
Etimad hökuməti yerinə, seçkilər təyin olundu... Sizlərin - ŞƏHİDLƏRİN sayı artdı...
ŞUŞA, LAÇIN ŞƏHİDLƏRİ...
Seçkilər başa çatdı. Sizlərin QİSASI "ağlımıza" hakim kəsildi...
Torpaqların işğaldan azad olunması başlandı. Torpaqların 50% - dən çoxu düşmənlərdən təmizləndi.
Xarici düşmənlər, daxili xəyanətkar düşmənlərlə birləşdi. Xəyanətlər qiyamla nəticələndi. İşğaldan azad olunan ərazilər xəyanətlə əldən çıxdı...
Bakıda SİZLƏRƏ abidə ucaltdiq...
KƏLBƏCƏR işğal olundu...
Yenə ŞƏHİDLƏR oldu...
Qiyamla hakimiyyət dəyişdi...
Başı oğurlanan, öz başı olmayan qəhrəmanı - hökumət başı etdilər...
07.07.1993- cü il - AĞDƏRƏ,
 23.07.1993- cü il - AĞDAM,
23.08.1993 - cü il - CƏBRAYIL,
23.08.1993 - cü il - FİZULİ,
31.08.1993 - cü il QUBADLI,
29.10.1993 cü il - ZƏNGİLAN
işğal olundu, hakimiyyət ehtirasına qurban verildi...
Sayınız yenə də artdı...
 Və bu işin adı - "BÖYÜK SİYASƏT" qoyuldu...
Və... Və...
Bizim ölkədə "yaşayan" "adamlar" bütün bu və sonra "baş verənləri " - bilməsələr, başa düşməsələr, deməsələr də, SİZ ŞƏHİDLƏR - ALLAH Qatında olanlar - görürsünüz.
.. SİZ ŞƏHİDLƏR - tədbirlərdə anıldınız, AND yerimiz OLdunuz.
"Adamlar" üçün vəzifə pillələrində vasitə, təkan oldunuz...
Çox sular axdı, illər keçdi, hakimiyyət dəyişdi... MİLLƏT, VƏTƏN, DÖVLƏT, BAYRAQ, TORPAQ, ŞƏHİD - bütün müqəddəslərə, AZƏRBAYCAN İNSANına ögey münasibət dəyişmədi...
SİZƏ - " XOCALIYA ƏDALƏT" - çağrısı ilə dünya turu, səyahəti başladı. Dostlardan, tərəfdarlardan SOYQIRIMI tanımaq istənildi.
M.M. özü SOYQIRIMI - tanımadı, bəyanatla işini bitmiş saydı...
Pullar xərcləndi, illər xərcləndi...
ŞƏRƏFLİ ADINIZA- 1993 - cü ildə ucaldılmış abidə, hər il ümumxalq ziyarətinə açıq oldu...
Son illər, Bakıdakı abidənizi də, adam kimi ziyarət etməyə, "adamlar" icazə vermirlər.
Nəhayət, Sizin də yaxşı bildiyiniz, 44 günlük SAVAŞ oldu...
Sevindik.
 3 imza sevincimizi gözümüzdə qoydu...
Sizin sərgərdan Ruhlarınız XOCALIDA rus kilsəsinin, rus işğalçı əsgərinin abidəsinin açılışının şahidi oldu...
Sizin 30 - cu ANIM GÜNÜnünüzü, yarımçıq Zəfər bayramını, hökumətimiz, 44 Günlük Savaşın Qəhrəmanı olan Şəhidlərimizin şəkilləri ilə, valideynlərlə birlikdə qeyd etdilər. Bu ziyarət zamanı, icra hakimiyyəti PA - nı, səfərbərlik xidməti MN - ni, hamısı birlikdə ABK - nı, o da, bizləri aldadıb.
Bircə, Sizləri və bu Şərəfi Sizlərə qismət edən ALLAHı aldatmaq mümkün deyil.
100 - lərlə ŞƏHİD valideyninin bu ziyarətdən xəbəri yoxdur. İştirak edənlərin öz adları ilə ŞƏHİD oğlunun adı yanlış yazılıb. Övladlarının xatirinə susublar...
...1 il, 3 aydır ki, vətəndaş və KXCP olaraq, tələb edirik:
XOCALI ANIM GÜNÜ - XOCALIDA qeyd olunmalıdır!
Yazırıq, deyirik, tələb edirik - özümüz eşidirik.
Bakıda, XOCALI prospektində yalnız qocaların, uşaqların, əlsiz - ayaqsızların ziyarəti qəbul OLar.
Başqalarının ziyarətini ALLAH qəbul etməz.
Siz ALLAHı, ŞƏHİDLƏRİ aldatmaq, inandırmaq istəyirsiniz?
Heç mənim kimi günahlar girdabında, qalmış, əlindən bir iş gəlməyəni aldada bilmədiniz.
Yürüdülən xəyanətkar siyasətə və tələblərimizə görə, SİZİN Bakıdakı abidənizi ziyarət etmədik...
Amma, Sizləri bu gün də unutmadıq.
Olduğumuz hər yerdə, Sayğıda, FATİHƏ ilə yad etdik.
ALLAH SİZ ŞƏHİDLƏRİMİZİN QİSASLARINI almaqla RUHLARINIZI Şad etməyi nəsibimiz etsin.
AMİN!
O günə qədər, bizim heç birimizi bağışlamayın...
                         26 Fevral 2023 - cü il.

Paralel.az

0.017943859100342