Fotojurnalist Reza Deqhatinin yeni saytı nümayiş olundu

Fotojurnalist Reza Deqhatinin yeni saytı nümayiş olundu
 

 

Xocalı qurbanlarını lentə alaraq vizual tarix yaddaşı yaradan tanınmış fotojurnalist Reza Deqhatinin “khojalywitness.org” adlı yeni sayt bu il dünyaya nümayiş olundu. Dörd dildə fəaliyyətə başlayan saytın əsas məqsədi şahidlərin və qurbanların fotolarını əks etdirərək qanlı tarixi yaşatmaq, beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir.

 

 

Khojalywitness website.png

 

AĞDAMDA SƏRGİ 

26 Fevralda Ağdamda Konfrans Mərkəzində Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş “Unudulmayan tarix” adlı anım tədbiri keçirilib. Tədbir çərçivəsində Reza Deghatinin Birinci Qarabağ Müharibəsi dövründə lentə aldığı Xocalı qurbanlarının başlarına gətirilmiş müsibəti əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib. Qeyd edək ki, tədbir “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə baş tutub.

 

 
Khojaly - Unudulmayan Tarix2.jpg
Khojaly - Unudulmayan Tarix.jpeg
 
 
VYANADA ÇIXIŞ

Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı 26 Fevralda aksiya keçirilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada Reza Deghati çıxış edərək Xocalı dəhşətlərini bir daha dünya mediasının, iştirakçıların diqqətinə çatdırıb. Qeyd edək ki, aksiyaya 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri qatılıblar. 

 
 
Khojaly-Vyanada Aksiya.jpg
Khojaly-Vyanada Aksiya 2.jpg
 
 

Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında da Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı 26 Fevralda aksiya keçirilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada Reza Deghati çıxış edərək Xocalı dəhşətlərini bir daha dünya mediasının, iştirakçıların diqqətinə çatdırıb. Qeyd edək ki, aksiyaya 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri qatılıblar.

 

Postun linki: https://www.instagram.com/p/CpFrsEOP7hR/

"Paralel.az"

0.020718812942505