Məişət zorakılığına YOX deyək

Məişət zorakılığına YOX deyək
 

Ölkəmizdə məişət zorakılığı ciddi problemdir və bu problem gündəmdə olmaqda davam edir. Bu hal getdikcə artır və ümumilikdə cəmiyyət üçün ciddi təhlükə yaradır.

Bu haqda Mehriban Zeynalova açıqlama edib. 

“Ölkədə məişət zorakılığı ilə bağlı ciddi addımlar atılır. Bir neçə gün öncə Avropa İttifaqı və Ailə-Qadın Problemləri üzrə komitə, qeyri-hökumət təşkilatları, yerli icra hakimiyyətləri böyük bir platformada görüş keçirtdi və bu məsələlər ciddi müzakirə olundu. Bunların içərisində mühafizə ordeni tətbiqi məsələsi ciddi araşdırılırdı, çünki əsas məsələ təhlükəsizlik məsələsidir ki, hələ özünü tam doğrulda bilməyib.

 Bu yaxınlarda mənə müraciət daxil olmuşdu ki, şəxs narkotik təsiri ilə qızlarına qarşı qeyri-etik hərəkət edib, ananın isə bu hadisədən psixi durumu pozulub və psixiatrik köməyə ehtiyacı olub.”

Bəs bunlara əsas səbəb nədir?

“Bu halların çoxalmağı müxtəlif səbəblərdən ola bilər: tərəflərin inamsızlığı, ictimai müzakirələrdə qadınlarla bağlı səslənən neqativ fikirlər, sosial-psixoloji gərginlik, müharibə, pandemiya, ümumiyyətlə, qlobal dünyada gərginlik və s. məişət zorakılığının artmasına gətirib çıxarır. Tərəflərin bir-biri ilə dil tapa bilməməsi, bir-birlərinə aqressiyası, narkotik, içki vasitələri də buna səbəb olur. Məişət zorakılığında qadınların da kişiyə psixoloji zorakılığı var, kişinin şəxsiyyət olaraq inkişafına, özünü təsdiq etməsinə mane olur və bu artıq ciddi zorakılıq hesab edilir.”

0.02122688293457