Dr. Nadir Orucov yazır...

Dr. Nadir Orucov yazır...
 

1941-1945 müharibəsində düşdüyü əsirlikdən qaçaraq Polşada partizanlara qoşulan yaşlı tərəkəmə nağıl edirdi:

"Ağır durumdaydıq. Yeməyə bir tikə çörək tapmırdıq. Bir gün meşədə gəzərkən bir sürü qoyuna rast gəldim. Girəvələyib ikisinin ayağından yapışıb çiynimə atıb kazarmaya gətirdim ki, yeməyə bir şey olsun. Məsələni partizanların komandirinə məruzə etdilər, məni yanına çağırıb nə baş verdiyni soruşdu. Olan kimi danışdım, təkrar-təkrar izah etsəm də heç nə başa düşmədi.
Axırda məcbur olub yalan danışdım, guya meşədə iki sahibsiz qoyuna rast gəldiyimi, hər tərəfə göz atıb səs salsam da xəbər çıxmadığını, sonunda qurda-quşa yem olmasın deyə məcburən gətirdiyimi dedim.
Yalnız bundan sonra məndən əl çəkdilər. 
Bunu nədən yazdım?
Halal haram söhbətini ortaya atıb istədiyi əyriliyi edənlər yadıma düşdü.

"Paralel.az"

0.016303062438965