ABŞ Ukraynaya F-16 verəcək? - Co Baydendən açıqlama
ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı mübarizəni davam etdirən Ukraynaya indiki mərhələdə F-16 döyüş təyyarəsi yardımına ehtiyac olmadığını bildirib.
Paralel.az “ABC News”a istinadla xəbər verir ki, Bayden, ABŞ-dakı təcrübəli hərbçilərin Ukraynaya ehtiyac duyduqları yardımı göstərdiyini ifadə edib.
“Onların hazırda tank, artilleriya və hava hücumundan müdafiə kimi döyüş texnikasına ehtiyacı var.
Onların hazırda F-16-ya ehtiyacları yoxdur”, - deyə Bayden bildirib.