Türkiyədə zəlzələlərlə bağlı 184 nəfər saxlanılıb

Türkiyədə zəlzələlərlə bağlı 184 nəfər saxlanılıb
 

"Fevralın 6-da Türkiyədə baş verən şiddətli zəlzələlərdə uçan binalarla bağlı hazırda 600-dən çox insan araşdırılır".

Paralel.az xəbər verir ki, bu barədə ədliyyə naziri Bekir Bozdağ məlumat verib.

O bildirib ki, tikinti podratçıları və mülk sahibləri də daxil olmaqla 184 şübhəli artıq həbs edilib.
Onlardan biri də Qaziantep şəhərinin Nurdağı rayonunun hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş bələdiyyə sədri Ökkeş Kavakdır.

Qeyd edək ki, Türkiyə və Suriyada təsdiqlənmiş ölənlərin sayı artıq 50 mini keçib.

0.015513896942139