Meliorasiya və Su Təsərrüfatı ASC sədr müavini Rafiq Aslanovun oğlunun Londonda 853.858 funt sterlinq aktivləri ortaya çıxdı
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədr müavini Rafiq Aslanovun oğlu İngiltərədəki daşınmaz əmlak şirkətinin (EQUILIBRIUM STATE LIMITED) fəaliyyətini dayandırmaq barədə Britaniya Şirkətlər Evinə müraciət edib.
Lakin kreditor və ya vergi borcu səbəbindən ləğvetmə tələbi rədd olunub.
Britaniya qanunvericiliyinə görə şirkət Strike Off prosesindən keçdikdən sonra mövcudluğunu dayandırır.
Xatırladım ki, yüksəkvəzifəli su təsərrüfatı məmurunun oğlu 2018-ci ildə bu şirkət üzərindən Londonda bahalı əmlak alıb, son maliyyə hesabatına görə şirkət aktivlərinin həcmi 853.858 funt sterlinq təşkil edib.
Cavanşir Həsənli