Siracəddin Hacı yazır...  

Siracəddin Hacı yazır...  
 


SAVAŞIN BİR İLİ TAMAM OLDU: PUTİN NƏLƏRİ QAZANMAQ İSTƏYİRDİ, NƏLƏRİ İTİRDİ?
- Ukraynanı işğal hərəkatı Putinin ilk cinayəti deyil: Çeçenistanı xaraba qoydu, Gürcüstanın bir hissəsini ələ keçirdi, Krımı, Donbası, Suriyanı işğal etdi, dişi qana batdı;
- SSRİ-ni bərpa etmək istəyir, Rusiyanı parçalanmaqdan qorumağın yollarını axtarırdı – bu gün Rusiyanın gələcəyi müzakirə olunur;
- Ukrayna xalqı yoxdur deyirdi – Ukrayna xalqını millətə çevirdi;
- Biz slavyanıq, birik, qardaşıq deyirdi – iki qardaşı düşmən etdi, günahsız insanları öldürdü, parçaladı;
- Ukrayna ordusunu yox sayırdı – bu gün savaşda formalaşmış, cəsur Ukrayna ordusu var;
- Ukrayna dövləti yoxdur deyirdi – Ukraynanı dövlətləşdirdi;
- Putinin ən güclü silahı qorxutmaqdır – Ukrayna xalqı cəsarət neməti ilə bu silahı yox etdi;
- Putin hər şeyi bildiyini zənn edirdi – iki addım irəlini görə bilmədiyi üzə çıxdı, o, diktatordur, üstün irq anlayışına sahibdir, zamanı oxuya bilmir, dövrün ruhunu anlamaq imkanı yoxdur;
- Ukraynadakı rus xalqını qoruyacağını iddia edirdi – Ukraynanın ruslar yaşayan bölgələrini bombalayır;
- Rusiya dünya dövləti olacaq deyirdi – bu gün Rusiya ənənəvi təsir məkanlarını da itirir;
- Rus ordusu dünyanın ən güclü ordusudur deyirdi – “Moskva” savaş gəmisini – Rusiyanın yenilməzlik simvolunu qoruya bilmədi;
- Dünyaya meydan oxuyurdu – Rusiya mifinə son qoyuldu;
- Putin dünyadan Rusiyaya yeni pay (ərazi) alacağını deyirdi – dedilər ki, sənin payın onsuz da çoxdur;
- Ukrayna NATO-ya üzv olmasın deyirdi – Ukrayna NATO-ya getməsə də, NATO Ukraynaya gəldi;
- Ukrayna Avropa İttifaqına üzv olmamalıdır deyirdi – Ukraynanın Avropa İttifaqına üzvlüyünün yolu açıldı;
- NATO sərhəddimizdən çəkilməlidir deyirdi – 1814-cü ildən başlayaraq heç bir ölkə ilə savaşmayan İsveç, Çar Rusiyasından ayrılmış Finlandiya NATO-ya üzv olmağa hazırlaşır;
- Avropa Birliyini enerji şantajı ilə parçalayacağını düşünürdü – birləşdirdi, İsveçrə belə neytrallığını pozdu;
- Üç günə Ukraynanı işğal edəcəyini planlaşdırmışdı – geri çəkildi, Donbasda ilişib qaldı;
- Ukrayna xalqını faşistlərdən xilas edəcəyini söyləyirdi – bəlli oldu ki, özü faşistdir, günahsız Ukrayna xalqını öldürür;
- Ordumun məqsədi barışı təmin etməkdir deyirdi – ordusunun quldur dəstəsi, zalım, bəbək qatili olduğu açıq göründü;
- Zelenskiyə faşist deyirdi, onu devirəcəyinə, qaçmağa məcbur edəcəyinə arxayın idi – Zelenski ilə görüşə biləcəyini söyləyir, barış yolu axtarır, bu gün Zelenski şərə qarşı savaşın simvoludur;
- Bütün Ukraynanı işğal edəcəyinə əmin idi – Donbasa yönəlməyə məcbur oldu;
- Ukraynanın silahsız dövlət olmasını tələb edirdi – Ukrayna ordusu ən müasir silahlara sahib oldu;
- Təsir məkanında olan dövlətlərin ona dəstək verəcəyinə inanırdı – Belarusdan başqa kimsə yaxın durmadı;
- İqtisadi gücünə arxayın idi – dünyadan təcrid olundu, hər gün milyonlarla pul itirir, ağıllı, istedadlı insanlar Rusiyanı tərk edir;
- Dünyanı nüvə silahı ilə qorxudurdu – dünya bunu Rusiyanın zəifliyi kimi dəyərləndirdi;
- Pyotr Avropanın qapılarını Rusiyaya açdı, dedi ki, Rusiya Avropa dövlətidir – Putin bu qapıları bağladı;
- Rus xalqına Rusiya dünya dövləti olacaq müjdəsini verirdi – rus xalqı totalitarizmin faciəsini görməyə başladı;
- Ukraynanın enerji obyektlərini sıradan çıxarmaq, bu yolla xalqla hakimiyyəti, Avropa ilə Ukraynanı, Avropa xalqları ilə onların siyasi hakimiyyətlərini üz-üzə qoymaq istəyirdi – xalq Ukrayna hakimiyyətinin ətrafında sıx birləşdi, ABŞ və Avropa Ukraynaya daha çox hərbi yardım etməyə başladılar;
- Rusiyanın inkişaf etmiş dövlət olduğunu söyləyirdi – onun nə dərəcədə geri qaldığı, cəhalət içində boğulduğu, siyasi, hərbi, əxlaqi, iqtisadi, mənəvi çöküş yaşadığı üzə çıxdı;

Paralel.az

0.021215915679932