Əlifba «terroru»
Biganəliyimiz, yoxsa...
Son zamanlar dil-əlifba məsələsi, bir çox ölkələrdə əsas müzakirə mövzusuna çevrilib. Bildiyiniz kimi, bir sırı xalqların çox qədim dilləri olsa da, əlifbaları yoxdur, o cümlədən, Azərbaycanın. Bu səbəbdən də son yüz ildə əlifbamız 4 dəfə dəyişikliyə, yəni mənəvi terrora məruz qalıb. Bu yazımda bunun bəzi səbəblərinə açıqlamağa çalışacağam, mənimlə razılaşmayanlar da ola bilər və bunu qəbul edirəm. Hər kəsin istənilən ictimai əhəmiyyət daşıyan məsələyə münasibət bildirmək hüququ var. Bunu kim qəbul etmirsə, bu, artıq onun öz işidir.
Naşir Şahbaz Xuduoğlunun bir açıqlaması ilə dil mövzusu yenidən gündəmə gəldi. Heç kimə sirr deyil ki, ortaq türk dili məsələsi, artıq neçə illərdir müzakirə olunur və nə vaxtsa gerçəkləşəcəyi hələ də, sual altındadır. Çünki bu mövzu zaman- zaman müzakirəyə çıxarılsa da, hər hansı bir irəliləyiş hiss olunmur. Biz bəlkə də dünyada öz dilinə və əlifbasına bu qədər biganə yanaşan azsaylı xalqlardan biriyik. Belə olmasaydı, M. Füzuli, N. Gəncəvi, İ. Nəsimi kimi söz xiridarları yetişdirən xalq, öz əlifbasını da yaradardı. "Buna imkan verməyiblər"-deyəcəksiniz. «Kim» sualına isə heç kim cavab verə bilmədiyindən, bu arqumenti qəbul etmirəm. Çünki biz bir xalq olaraq öz dəyərlərimizi qorumaq əvəzinə kimlərəsə yarınmağa üstün-lük veririk, buna çalışan aydınları isə görməzdən gəlirik.
Açığını etiraf edim ki, bu məsələdə məni daha çox düşündürən və narahat edən Azərbaycan dilinin öz əlifbasının olmamasıdır. Bizdən fərqli olaraq, heç bir dövlətçilik tarixi, mədəniyyəti , incəsənəti və adət-ənənələri olmayan, əldə etdiklərinin hamısı oğurluq olan ermənilərin əlifbaları var. Tarixin bütün dönəmlərində Qafqazın ən kiçik dövləti olan gürcülərin də əlifbaları var. Bizim isə türk dilləri qrupunda ən mükəmməl dilimiz var, amma əlifbamız yoxdur. Niyə? Çünki bizi buna alışdırıblar. Babalarımız ərəb istilasından sonra ərəb əlifbasından istifadə edib və bu proses rus-sovet istilasına qədər davam edib. 1929-cü ildə rus- sovet rejiminin ateist düşüncəsinə qatılan ziyalılırımız, öz əlifbalarını yaratmaq əvəzinə, Latın qrafikalı əlifbaya keçməyə üstünlük veriblər. Bunun üçün xüsusi əlifba komitəsi yaradaraq latın qrafikalı əlifbanı (dil demirəm, çünki belə bir dil mövcud deyil.) qəbul ediblər. Bu proses 1939-cu ilə qədər davam edib. Görünün, Azərbaycanın bu sərbəstliyi rus-sovet rejiminin xoşuna gəlməyib və 1940-cı ildə zor-xoş yenidən əlifbamıza qarşı terror edərək onu kiril əlifbası ilə əvəz olunmasına nail olub. (Amma bu qəddar sovet rejimi nədənsə, ermənilərin, gürcülərin əlifbasına toxunmayıb).
Onu da diqqətinizə çatdırım ki, 19-cu əsrin əvvəllərində yaşayan və öz mütərəqqi ideyaları ilə xalqı maarifləndirməyə çalışın ziyalılırımız da o dövürdə ərəb əlifbası ilə Azərbayücan dilində yazıb- yaradıblar. Bunu "Əkinçi" qəzeti və "Molla Nəsrəddin"jurnalında da aydın görmək mümkündür. Buna görə də həmin dövrü dilimizin təşviqi və təbliği baxımından uğurlu hesab etmək olar. Amma yenə də Azərbaycan əlifbasını yaratmaq heç kimin ağlına gəlməyib. Bəlkə də belə təşəbbüslər olub, amma bu barədə məlumat yoxdur.
Mərkəzi hökumətin tapşırığı ilə 1945-ci ildə Azərbaycanda Dilçilik İnstitutu yaradılır. Düşünmək olardı ki, bu institutun qarşısına qoyulan məqsədlərdən biri də, Azərbaysan dili əlifbasını yaratmaq olacaq. Amma olmadı. Bununla belə, etiraf etmək lazımdır ki, həmin dövrdə Azərbaycan əlifbası yaranmasa belə, dilimizin inkişafı baxımından çox uğurlu oldu. Azərbaycan dili bütün türkdilli xalqlar arasında elmi əsaslara söykənən, mükəmməl dil kimi tanındı və bu gün çoxları bunu etiraf edirlər. Bu gün çatışmayan, sadəcə insanlarımızın öz doğma dillərinə isti münasibətdir. Yəni nə üçün biz rus görəndə rus, ərəb görəndə ərəb, ingilis görəndə ingilis, türk görəndə türk olmağa çalışırıq? Əgər onlar bu məmləkətə gəlib, burada iş qurub, para qazanırlarsa, qoy dilimizi öyrənsinlər, bizi onların dilini öyrənməyə məcbur etməsinlər. Bu, bəlkə də öz əlifbamızın olmamasından irəli gələn bir çatışmazlıqdır. Ölkəmizdə dövlətin milyonlarla vəsaitini xərcləyən Dilçilik institutu var, onun funksiyası nədir, bu institut nə iş görür? Bir əlifba yaratmaq bu qədərmi çətin işdir? Nə dərəcədə doğru olduğunu bilmirəm, Efiopiyaya gedib qayıdan bir dostum iddia edirdi ki, ermənilər öz əlifbalarını efiopiyadan oğurlayıb, azacıq dəyişiklik edərək erməni əlifbası kimi dünyaya təqdim edib. Bizim ziyilılarımız, alimlərimiz, dilçilərimiz nə üçün əlifba yaratmaqda maraqlı deyillər, bilmirəm.
Amma dəqiq bildiyim bir şey var, əgər bir xalqı elmi, mədəni tərəqqidən, inkişafdan geri salmaq istəyirsənsə, vaxtaşırı onun əlifbasını dəyiş.
Biz də yüz ildə 4 dəfə əlifba terroruna məruz qaldıq. Yəni babaların yazıb-oxuduğunu övladları, övladlarının yazıb oxuduğunu nəvələri, nəvələrin yazıb oxuduğunu isə nəticələr yazıb oxuya bilmədilər. Yəni ərəb-latın-kiril-latın.
Bu gün kim zəmanət verə bilər ki, 20-30-50 il sonra hakimiyyətə islam təmayüllü bir şəxs gələrsə, o tələb etməyəcək ki, bizim dinimiz islam, xalqımız islam ümməti, nə üçün ərəb əlifbası ilə yazıb oxumamalıyıq. Yenidən qayıdıcağıq ərəb əlifbasına? Bu sualı tanıdığım bir neçə ziyalıya verdim, cavabları bu oldu ki, qayıdacağıq. Amma anlamadım bunu qaçılmaz reallıq kimi qəbul etdilər, yoxsa ironiya ilə dedilər...
Bir qədər də, dilimizə biganəliyimiz haqqında
Məsələn, sosial şəbəkə platformalarında müxtəlif firma və şirkətlərin bu məzmunda elanları çap olunur- rus və ingilis dilini bilən gənclər yüksək maaşla işə dəvət olunur. İşə rus və ingilis dillərini yüksək səviyyədə bilənlər qəbul olunur, yaxud belə şəxslərə üstünlük verilir. Niyə və nə üçün, bu dövlətin dövlət dili Azərbaycan dili olduğu halda, Azərbaycan vətəndaşı iş tapmaq üçün əcnəbi dilini öyrənməlidir?
Mən təxminən 15 il əvvəl bu tip elanlar barədə bir almaniyalı jurnalistə sual verdim ki, bir Azərbaycanlı iş adamı gəlib Almaniyada şirkət açıb elan verə bilərmi ki, işə ancaq türk və Azərbaycan dillərini mükəmməl bilənlər qəbul olunur? Buna cəmiyyətin və dövlətin yanaşması necə olar? Cavab: həmin şirkət dövlət nəfinə müsadirə olunar, elan verənləri də ölkədən deportasiya edərlər. Bu qədər. Bizdə isə belə elənlara hər addımda rast gəlmək mümkündür.
Ən acınacaqlısı odur ki, Azərbaycanda belə elanları verənlərin böyük əksəriyyəti yerli sahibkarlardır, yəni rusdan böyük rus, ingilisdən böyük ingilis olan Azərbaycanlı sahibkarlar.
İkincisi, bu gün Bakı şəhərinə başmaq seyrinə çıxan soydaşlarımız, şəhərimizin qonaqları özlərini Azərbaycanın baş kəndində yox, hansısa bir qərb ölkəsinin şəhərindəki kimi hiss edir. Şəhərdə fəaliyyət göstərən iaşə və xidmət müəssisələrinə, şirkət və firmalara, brend maqaza və dükanlara elə adlar qoyublar ki, insan içəri girməsə, onun təyinatını müəyyən edə bilməz. Buna bir nəzarət yoxdur? Harda yazılıb ki, bir şərq mədəniyyətinin daşıyıcısı olan Bakıda şərqə aid heç nə qalmamalıdır? Var, nəzarət də var, o nəzarətin içində yüksək qazanc da. Məsələ ondadır ki, pul para olan yerdə, qalan bütün dəyərlər arxa plana keçir.
Yusif Seyid