Zəlzələ bizi unutmaz

Zəlzələ bizi unutmaz
 

Siracəddin Hacı:
- Zəlzələyə dayanıqlı binalar tikmək üçün öncə harama qarşı dayanıqlı, ağıllı, elmli, əxlaqlı, məsuliyyətli insanlar – mütəxəssislər yetişdirməliyik, insan düzəlməsə, bina düzəlməz;
- Dayanıqlı insanlar ailədə, məktəbdə, universitetdə, cəmiyyətdə yetişir;
- Bu gün Azərbaycan ailəsinin, məktəbinin, universitetinin, cəmiyyətinin harama, yalana, saxtakarlığa, oğurluğa, rüşvətə dayanıqlı insanlar yetişdirmək imkanı azdır, zəifdir, yetərsizdir – təhsilə, tərbiyəyə maya qoymasaq, uçqunlara maya qoyacağıq;
- Deyirəm ki, xaricdən mütəxəssilər dəvət edək, binalarımızın zəlzələyə dayanıqlı olduğunu sınaqdan keçirək, yeni binaların tikintisini də onlara verək – xəstəni müalicə edən həkim olmayanda xarici həkimin yanına getdiyimiz kimi;
- Zəlzələni unutmayaq, biz onu unutsaq da, o bizi unutmaz, zəlzələ qanundur, gələr, tədbirli olaq;

Paralel.az

0.017894983291626