Asif Ağayev dəmir barmaqlılar arasında görünür - cinayətkar komanda təşvişdə

Asif Ağayev dəmir barmaqlılar arasında görünür - cinayətkar komanda təşvişdə
 

Dünən məlum oldu ki, Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Biləsuvar və Ağcabədi Rayon İcra hakimiyyətində, Biləsuvar Şəhər Ərazi Nümayəndəliyi və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında əsassız ödəmələr aşkar edib.

Bu barədə Maliyyə Nazirliyindən rəsmi qaydada məlumat verildi. Xəbərə görə, vətəndaş müraciətlərinə əsasən, sözügedən qurumlarda yoxlama aparılıb. Nəticədə 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub.

Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, əslində bu faktlar sözügedən icra hakimiyyətlərindəki mənimsəmlərin cüzi bir hissəsidir və əsas yeyinti faktlarını təbii ki hüquq-mühafizə orqanları üzə çıxaracaq.

RealMedia.az xəbər verir ki, bu arada dia.az-ın yaydığı məlumatlardan belə aydın olur ki, Biləsuvar və Ağcabədi ilə yanaşı, Beyləqanın icra başçısı üçün də arzuolunmaz dönəmə start verilib.

Hökumətdəki mənbə iddia edir ki, artıq sözügedən RİH-dən Maliyyə Nazirliyinə təqdim olunan hesabat sənədlərinin əksəriyyəti ekspertizaya verilib. Mənbə iddia edir ki, bu addım da konkret şikayətlərin nəticəsində atılıb.

“Nələr ola bilər? Bunu zaman göstərəcək” deyən mənbə iddia edir ki, Asif Ağayevin adı korrupsiyada yetərincə hallandığından onun özünə qarşı konkret ittihamların səslənməsi gözlənir. Əlavə bilgilərimiz olacaq.

RealMedia.az olaraq qeyd edək ki, artıb bir müddətdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri üzrə Beyləqan rayon icra başçısı və aparatın ayrı-ayrı vəzifəli şəxsləri barəsində cinayət işi açılaraq istintaq gedir.

Bu xüsusda RealMedia.az-verilən bilgilərə görə, icra başçısı ilə yanaşı, şəhər İƏD üzrə nümayəndəsi Rəşad Mayılovun, Memarlıq və tikinti şöbəsinin baş məsləhətçisi Rauf Abbasovun da həbs olunacağı gözlənilir.

Qeyd edək ki, adları çəkilən vəzifəli şəxslərin icra başçısı ilə korrupsiya ortaqlığı mövcuddur. Bildirək ki, icra başçısı bütün korruptiv əməliyyatların hamısını Rəşad Mayılovun və Rauf Abbasovun əli ilə etdiyi açıq aydın şəkildə ortadadır. Bu üzdən də onların da həbs olunacağı qaçılmazdır.

Yazıda iddia olunanlarla bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq…

Paralel.az

0.02380895614624