Zəlzələni ram edək, yoxsa ona hazırlaşaq?

Zəlzələni ram edək, yoxsa ona hazırlaşaq?
 

"Elim dalınca Çinə getmək gərəksə, gedin!" 

Bu gün Türkiyədə Suriyada baş verən zəlzələ dalğası bütün dünyanın gündəmini zəbt edib. Zəlzələdən zərər çəkmiş ərazi Qafqazdan iki dəfə -yükdür. Həmin ərazidə on beş milyona yaxın əhali yaşayırdı ki, onun 200 mindən çoxu həyatını ya sağlmlığını itirdi.

Bu təbii fəlakət bir daha göstərdi ki, bəşəriyyət təbii - İlahi qüvvə qarşısında hələ çox acizdir. Fikrimizcə, bəşər övladı qədər inkişaf etsə , İlahi qüvvə qarşısında həmişə aciz olaraq qalacaq. Bu həm elmi baxımdan məntiqlidir, həm dini baxımdan doğrudur.

Sovetlər dönəmində bir şüar var idi - sovet insanı təbiəti ram edir! Bu ateist bir şüar idi, təbiət, yer, göy, ən nəhayət təbii fəlakətlər şəklində görünən güc elə Allahın gücüdür. O gücün ram edilməsi ideyası, əstəğfürullah, elə Allahın ram edilməsi deməkdir. Bu isə mümkün deyil. Ona görə bəşər övladı - insan bu İlahi gücləri ram etmək haqqında baş sındırmaqdansa, bu təbii fəlakətlərlə birgə yaşamağın, həyatda qalmağın, ən azı ondan az itkilərlə çıxmağın yollarının axtarılmasi haqqında daha çox düşünməlidir. Bu istiqamətdə isə kifayət qədər düşüncələr, elmi araşdırmalar onların real nəticələri artıq ortadadır. Bizim dinsiz-imansız adlandırdığımız Çin Yaponiya bütün dünyaya bariz nümunədir.

İslam hədislərindən birində belə bir deyim var: "Elim dalınca Çinə getmək gərəkirsə, gedin". Bəziləri elə bilir ki, bu deyim Çinin məkan olaraq İslam coğrafiyasından uzaq olduğuna görə yaranıb. Əslində isə bu aforizm İslam camiyəsi tərəfindən Çini dinsiz bir məmləkət sayıldığına görə yaranıb. Bu yerdə aydın olur ki, Qurani-Kərimdə "elm" dedikdə heç yalnız hədislərin toplanması öyrənilməsi, şəriət qanunlarının yaradilması, Quran-Şərifin ayələrinin təfsiri s. deyil, həm dünyavi elmlər nəzərdə tutulur. Çünki gedib Çində yuxarıda qeyd etdiklərimizdən yalnız dünyavi elmləri öyrənə bilərsən, Çində o zaman din yox idi. O cümlədən yaponlar eyni vəziyyətdədir - heç bir dinə etiqad etmirlər.

Amma Çin Yaponiyada 9 bal gücündə zəlzələ Bakı küləyi kimi bir şeydi. Halbuki, qardaş Türkiyə Suriyada baş verən zəlzələnin maksimum amplitudası 12 ballıq Rixter şkalası üzrə 7,8 bal idi. Lakin bundan 1,2 bal daha güclü zəlzələni adi hadisə kimi qarşilayan Çin Yaponiyaya rəğmən burada - dini-inanı olan məkanda insan itkisi onminlərlədir. Buradan belə bir nəticə çıxır ki, heç Allah yalnız Ona gündə min dəfə ibadət edənləri deyil, daha ağıllı insanları sevir. Bəzən biz yanlış olaraq Allahı insana bənzətdiyimiz kimi, onun hisslərini insan hissləri ilə eyniləşdirməyə cəhd edirik. Amma İslam özü gördüyümüz həyat təcrübəsi göstərir ki, bu belə deyil. Biz Allaha yalnız yalvarmaq, ibadət etmək Ona yaltaqlanmaqla heç Onun sevgisini qazana bilmərik. Allah sevgisini qazanmaq üçün imanlı olmaqla yanaşı, həm ağıllı, elmli olmaq vacibdir. Aydın şəkildə görünur ki, Allah Ona ibadət edən, lakin dünyəvi elmlərdən uzaq düsən müsəlmanlardan daha çox ağıllı, elmli, lakin Onun varlığını inkar edən insanları "daha çox sevir". Buna bariz nümunə yenə Yaponiya, Çin, Avropa digər qeyri-İslam ölkələridir. Hansı ki həmin ölkələrdə dindən daha çox insanlar həqiqi elmlə məsğul olurlar, kəşfkər edir, bəşəriyyətin inkisafına töhfəkər verirlər. Baxın, bütün bəlalar pisliklər İslam dünyasinin başi üzərində fırlanır, nədən? Ona görə ki, 14- əsirdən başlayaraq İslam dunyasının elmi yalnız "İslam dəyərləri orbitində" fırkanır. İslam "alim"lərinin hamısı birmənalı olaraq, dünyavi elmlərdən özünü təcrid edərək, yalnız dini dəyərləri araşdirmaqla məşğuldur.

İslam ölkələri sırasında hələ Türkiyə dövlət olaraq dünyəvi elmlərə daha çox üstünlük verən dövlətdir. Onun belə fəlakətlərdə itkisi onmillərlədirsə, İranda, Azərbaycanda, ərəb dünyasında digər İslam ölkələrində belə təbii fəlakətlər baş versə, onların insan itkisi yüz minlərlə olacaq.

Yeri gəlmişkən, bir səhih hədisdə deyilir ki, səhabələrdən biri Məkkə şəhərinə İslam Peyğənbəri Həzrəti Məhəmmədi (s.ə.s) ziyarət etməyə gəlir. Səhabə Peyğənbərlə (s.ə.s) görüşəndə Həzrəti Məhəmməd (s.ə.s) ondan soruşur ki, dəvələrinizi bağladınızmı? Səhabə cavab verir ki, yox, bağlamadiq, Məkkə torpağında bizim dəvələrinizə zərər dəyməz, dəvələrinizi Allaha təvəkkül edib gəldik. Həzrəti Məhəmməd (s.ə.s) səhabəyə deyir ki, gedin dəvələrinizi ağlınız kəsən qaydada bağlayın, sonra Allaha təvəkkül edin! Bu hədisdəki hikmət odur ki, Allah (c.c) sizi aglınız kəsməyən bəlalardan qoruyar, aglıniz kəsdiyi bəlalardan isə siz özünüz özünüzü qorumalısınız. Ağıl, elm isə inkişaf etdikcə başımıza gələcək bəlaların daha çoxunu dərk etməyə imkan verir. Müasir İslam isə deyir ki, Qurani-Kərimdən, hədislərdən şəriət qanunlarının inkişafından kənarda elm yoxdur. Məhz bu tendensiya İslam dünyasını dalana dirəyib.

Bütün bunları yazmaqla, biz heç o qənaətdə deyilik ki, biz Çin Yaponiyadakı kimi dinsiz-imansız olmalıyiq. Əsla, xeyir, dinimiz-imanimiz, ibadətimiz yerində olmalıdır. Amma biz seyid cəddinə arxayın olan kimi, yalnız ibadətimizə, imanımiza arxayın olub, dünyəvi elmlərdən uzaqlaşmamalıyıq. Din alimlərimizin hər biri ən azı bir dünyəvi elmin alimi olmalıdır. Dünyəvi elmlərdən heç olmasa birini akademik şəkildə dərk edə bilməyən kimsə din alimi, müctehid ola bilməz.

Məsələn, Azərbaycanın ən böyük din alimi Rafiq Əliyev onun kimilər olmalıdır. Çünki belə adamlar dünyanı elmi əsaslarla dərk edir. Belə alimlər dini öyrənib, cəmiyyəti həqiqi dinlə marifləndirməli, dini xurafatdan təmizlənməlidir. Yoxsa şeyxlər var ki, vurma cədvəlini, ismin tərifini, Pifaqor teorimini, dünyanin xəritəsin belə bilmir.

Bütün deyilənləri yekunlasdırsaq, biz bilməliyik ki, yalnız ibadətlə başımızı qamamalıyıq, dinimi, imanimız, ibadətimizlə bahəm, elmimizi inkişaf etdirib, üstümüzə gələn bəlalara qarşi elmlə silahlnaraq mübarizə aparmalıyıq.

Bu işdə bəlalardan biri İslam dünyası liderlərinin hakimiyyət, kreslo hərisliyidir. Bəlkə bu da elə elmsizliyimizdən irəli gəlir. Müsəlman dünyasında 20, 30, 40, hətta, 60 il hakimiyyətdə qalan "imanlı" hökümdarlarımız var. Bu yolverilməzdir, iki müddətdən sonra özünəvurğunluq xəstəliyi hökümdari xalqa qarşı çevirir, klançılıq, qohumbazlıq, yerlibazlıbazlıq, rüşvət, korrupsiya s. harama meyillər çiçəklənir. Bu isə cəmiyyəti dövləti inkişafdan saxlayır, görülən işlərin keyfiyyətini bu bəlalar aşırı dərəcədə aşağı salır. Nəticədə ölkə vətəndaşlari od qiymətinə keyfiyyətsiz betonla, yalançi kalonlarla tikilən mənzillər almaq məcburiyyətində qalır.

Yeri gəlmişkən bir məsələyə diqqətinizi çəkim, haramın bəşəriyyətə bəla olduğu yalnız dini deyil, həm səlis məntiqlə sübut olunan məsələdir.

Məsələn, Azərbaycanda mənzillərin ağilagəlməz dərəcədə bahalaşmasının əsas səbəbi tikinti şirkətlərinin dövlət orqanlarına verdiyi rüşvərtdir (bu haramdı). Şirkətlər mənzilləri keyfiyyətli tiksə , keyfiyyətsiz tiksə , layihənin qəbul edilməsindən tutmuş, binanın istifadəyə qəbuluna qədər bütün yoxlama komissiyalarına birmənalı olaraq rüşvət (haram) verir. Belə olan halda, şirkətlər avtomatik olaraq daha çox qazanmaq üçün düşünür ki, onsuz da rüşvət (haram) verirəm, keyfiyyəti asaği salmaqla xərclərımi azaldım, qoy mənfəətim çoxalsın. Belə edirlər - rüşvət alan (haran yeyən) məmur binanın keyfiyyətini, zəlzələyə davmlılığıni yoxlamadan binanı istifadəyə yararlı kimi sənədləşdirir. Bu sxem Bakıda 20 ildən çoxdür işləyir. Allah göstərməsin, Türkiyədə baş verən zəlzələ Bakıda olsa, 25 noyabr 2000-ci ildən (sonuncu ən güclü zəlzələdən) bəri tikilən binaların 90 faizi keyfiyyətsiz tikildiyininə, qalanları isə artıq istismar müddətini başa vurduğuna görə çökəcək. Bunu hamı bilməli başına çarə qılmalıdır!

0.040578126907349