Gəncədə polis bıçaqlanıb? - Rəsmi açıqlama/Yenilənib
“Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir, əsassızdır”.
Paralel.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
“Gəncə şəhərində polis nəfərinin yaşadığı evdə ehtiyatsızlıqdan yıxılması nəticəsində ayağından yüngül xəsarət alıb”./Oxu.az
***
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə şəhərin Şərq küçəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Kamal Əliyev ayağından bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal yarası tikilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə Kamal Əliyev Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşıdır.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil./APA