Siracəddin Hacı:
- Türkiyə zəifdir – zəlzələdən öncə binanın zəlzələyə davamlı olmasını tələb etməz, yoxlatmaz, zəlzələni doğru tanımaz, saxta qədər anlayışı var, qədərçidir, Allah kərimdir, boş ver deyər, borc-xərc ev alar, sıxıntılardan qurtardığını zənn edər;
- Türkiyə güclüdür, zəlzələdən sonra mərhəmət duyğusu hərəkətə keçər, birləşər, varını-yoxunu toplayar, yardımlaşar, paylaşar;
- Çıxarılan dərs, nəticə budur: Türkiyədə duyğu ağılın, qədərçilik məsuliyyətin, cəhalət elmin önündədir, Türkiyə faciədən qurtulmaq üçün ağılla duyğu arasında tarazlıq qurmalı, duyğunu ağıla tabe etməli, zəlzələni dış güclərə, tektonik silahlara, saxta qədər anlayışına bağlamamalı, elmə yönəlməli, tədbir almalı, cəhalətdən qurtulmalıdır;
- Qədərçiliyi – insandan bir şey asılı deyil anlayışını türk millətinin ağlına, qəlbinə, vicdanına, davranışına, əxlaqına yerləşdirən, bu yolla onu tənbəlliyə, məsuliyyətsizliyə alışdıran, sorğu-sualdan, etirazdan məhrum edən siyasətçilər, din tacirləri, saxta din satanlar utansın;
- Deyirəm ki, Azərbaycan xalqının vəziyyəti daha ağırdır, o daha duyğuludur, daha çox qədərçidir, bəhanələr uydurur, sorğulamaz, etiraz etməz, daha çox elmsiz, sahibsizdir, mütəxxəssisi, zəlzələ şüuru azdır, yaşadığı binanın vəziyyətindən də xəbəri yoxdur;
Paralel.az