Universitetə silahlı basqın olub,
3 nəfər həlak olub

Universitetə silahlı basqın olub,3 nəfər həlak olub
 

Miçiqan Dövlət Universitetinə silahlı basqın olub
3 nəfər həlak olub
 
Assoicated Press-in verdiyi məlumata görə, fevral 14-ü 2023-cü ildə East Lansing Mich. kampusda baş verən atışmalardan sonra Miçiqan Ştat Universiteti İttifaqının qarşısından yaralıları təcili yardım maşınında xəstəxanaya yerləşdiriblər.
Miçiqan Dövlət Universitetinə silahlı şəxs basqın edərək, atəş açıb, 3 nəfəri öldürüb, daha 5 nəfəri yaralayıb. Qorxmuş tələbələri qaranlıqda gizlənməyə məcbur edən qatil, saatlarla davam edən axtarışdan sonra ölümcül şəkildə universitetdən uzaq məsafədə özünü güllələyib.
Polis, çərşənbə axşamı səhər tezdən, Berkey Hallda, akademik binanın  mərkəzi olan MSU Union-un yaxınlığında atışmalardan dörd saat sonra qatilin öldüyünü elan edib.
Kampusun polis idarəsinin müvəqqəti rəis müavini Chris Rozman: "Bu, həqiqətən də gecə yaşadığımız kabus oldu", -  deyib.
Yüzlərlə zabit Detroitdən təxminən 90 mil (145 kilometr) şimal-qərbdə yerləşən Şərqi Lansinq şəhərciyində polisin - qırmızı ayaqqabı, cins pencək və papaqlı, qısa boylu, qaradərili kimi təsvir etdiyi şübhəli şəxs üçün axtarış aparmışdı.
Rozman deyib ki, 43 yaşlı kişi "özünü güllə yarası" ilə öldürməzdən əvvəl kampusdan kənarda polislə “üz-üzə” gəlib.
 
Tərcümə etdi: Səadət Sultan

0.02506685256958